Dövlət Gömrük Akademiyasında təhsil alan tələbələrin təqaüdlərini ala bilməmələri ilə bağlı iddialar yayılıb.
Viral.az xəbər verir ki, bu barədə gününsəsi.info-ya Akademiyanın tələbələri bildiriblər.
Onların sözlərinə görə, dekabr və yanvar ayları üçün təqaüdləri hələ də köçürülməyib: “Akademiyanın maliyyə idarəsindən isə problemin nə zaman həllini tapacağına dair vəd verilmir”.
Son Yazılar:
- Axşam yeməyi üçün ən ideal saat AÇIQLANDI
- “Nutella”nın yaradıcısı vəfat ETDİ
- “Neftçi” İslam Çesnokovu transfer etmək istəyir
Qeyd edək ki, daha əvvəl Dövlət Gömrük Komitəsinin işçilərinin ötən ilin oktyabrından bəri əməkhaqlarını ala bilməmələri ilə bağlı məlumat yayılmışdı. Yanvar ayının sonunda isə bütün gömrük əməkdaşlarının məvaciblərinin tam şəkildə ödənildiyi açıqlandı.