Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc ETDİ

Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc ETDİ

Qazaxıstan Nəqliyyat Nazirliyi Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus “Embraer-190” təyyarəsinin qəzaya uğramasının səbəblərinə dair ilkin hesabatı dərc edib.

Viral.az “Report”a istinadən xəbər verir ki, hesabat nazirliyin rəsmi saytında yerləşdirilib.

Hesabatda qəza sonrası əldə edilən məlumatlar, o cümlədən uçuş qeydiyyatçılarının (“qara qutuların”) təhlili əsasında ekspertlərin ilkin nəticələri yer alıb.

Son Yazılar:

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.