“Neftçi”nin maraq dairəsində olan daha bir futbolçunun adı açıqlanıb.
Viral.az trend-ə istinadən xəbər verir ki, Bakı klubu Qazaxıstan millisinin hücumçusu İslam Çesnokovu heyətinə qatmaq istəyir.
“Neftçi” Çesnokovun formasını geyindiyi “Tobol”la razılığa gəlib. Lakin futbolçu karyerasını Avropanın aparıcı liqalarında davam etdirmək istəyir. 25 yaşlı hücumçu ilə Şotlandiyanın “Harts” klubu da maraqlanır, lakin britaniyalılar da “Tobol”la razılaşma əldə edə bilmir.
Son Yazılar:
- Rusiyada yaşayan miqrantların DİQQƏTİNƏ!: Rəqəmsal profil tətbiq EDİLƏCƏK
- Azərbaycan bu il Rusiyaya neçə min ton pomidor ixrac edib?
- Bu gəncin İrəvana gedib Azərbaycan dilində danışması gündəm oldu
Qeyd edək ki, İslam Çesnokov 2023-cü ildən Qazaxıstan millisinə dəvət olunub və 4 oyunda 2 qol vurub.