Avropa İttifaqının bizim regionla bağlı yeni siyasətini görmək istəyirik. Ermənistanın silahlandırılması parçalanmanın yeni elementi ola bilər.
Viral.az xəbər verir ki, bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” adlı panel iclasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Postsovet erasından sonra yeni reallıqların göz qabağında olduğunu deyən Prezidentin köməkçisi Azərbaycanın buna etibarlı şəkildə yanaşdığını qeyd edib.
Son Yazılar:
- Hacı Qalib 35-ci dəfə Həccə getdi: “Nəhayət, 35 oldu”
- Rusiyada “Səs” şousunun azərbaycanlı iştirakçısı SAXLANILDI
- Rusiyada yaşayan miqrantların DİQQƏTİNƏ!: Rəqəmsal profil tətbiq EDİLƏCƏK
“Biz gözləmirik ki, kimsə dünya düzənini formalaşdırsın. Biz regionla bağlı həmfikir olan ölkələri birləşdirməyə çalışırıq. Azərbaycan qonşuluqda baş verən hadisələrdən xəbərdardır. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə baş verənlər məlumdur. Bu reallıqları nəzərə alaraq biz xarici siyasətimizdə Mərkəzi Asiya-Azərbaycan əlaqələrini gücləndirməyə çalışırıq. Bizim bu ölkələrlə tarixi bağlılığımız var. Həmçinin Türk Dövlətləri Təşkilatı yeni reallıqdır. Gürcüstan-Azərbaycan əməkdaşlığı erməni həmkarlar üçün də nümunə ola bilər. Xəzər dənizi bizi ayırmır, birləşdirir”, – deyə o əlavə edib.