2024-cü ilin sonuna dövlətdən vahid aylıq müavinət (“çörəkpulu”) alan keçmiş məcburi köçkünlərin sayı 408 400 nəfər olub.
Viral.az xəbər verir ki, bu barədə modern.az-ın hökumətdən əldə etdiyi məlumatda bildirilib.
Həmin şəxslərdən 50 200 nəfər 33 manat, 358 200 nəfər isə 60 manat alanlardır.
Son Yazılar:
- Rusiyada yaşayan miqrantların DİQQƏTİNƏ!: Rəqəmsal profil tətbiq EDİLƏCƏK
- Azərbaycan bu il Rusiyaya neçə min ton pomidor ixrac edib?
- Bu gəncin İrəvana gedib Azərbaycan dilində danışması gündəm oldu
Bu məqsədlə dövlət büdcəsindən keçmiş məcburi köçkünlərə ümumilikdə 287 207,7 min manat məbləğində vəsait xərclənib.
Bildirilib ki, 2024-cü il il ərzində keçmiş məcburi köçkünlərin siyahılarında mütəmadi olaraq aparılmış dürüstləşmələr nəticəsində “çörəkpulu” alanların sayı 39 100 nəfər azalıb.