Braziliya sakini Deolira Gliceria Pedro da Silvanın ailəsi onun dünyanın ən yaşlı insanı olduğunu açıqlayıb və buna görə də Ginnesin rekordlar kitabına ərizə vermək niyyətindədir.
Viral.az xəbər verir ki, bu barədə “Need To Know” yazıb.
Yaxınlarının verdiyi məlumata görə, martın 10-da qadının 120 yaşı tamam olub. Onlar Deolira da Silvanın doğum tarixini 1905-ci il martın 10-u kimi qeyd edən doğum şəhadətnaməsini tapdıqlarını iddia edirlər.
Son Yazılar:
- Rusiyada “Səs” şousunun azərbaycanlı iştirakçısı SAXLANILDI
- Rusiyada yaşayan miqrantların DİQQƏTİNƏ!: Rəqəmsal profil tətbiq EDİLƏCƏK
- Azərbaycan bu il Rusiyaya neçə min ton pomidor ixrac edib?
Ginnesin rekordlar kitabına görə, hazırda dünyanın ən yaşlı insanı 116 yaşlı braziliyalı rahibə İna Kanabarro Lukasdır. Onun 8 iyun 1908-ci ildə anadan olduğu bildirilir.