Rəsmi Vyana Rusiyanın dövlət xəbər agentliyi TASS-ın Vyanadakı iki müxbirinin akkreditasiyasını ləğv edi.
Viral.az xəbər verir ki, bu barədə DPA məlumat yayıb.
Son Yazılar:
- Azərbaycanda ZƏLZƏLƏ OLDU
- Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü
- Baş nazir bu qərarı ləğv ETDİ
Buna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyi Avstriyanın ORF televiziya şirkətinin Moskvadakı jurnalistinin ölkəni tərk etməsi tələbi ilə akkreditasiyasını ləğv edib. Avstriyalı yayım şirkəti bu qərarı anlaşılmaz adlandırıb və ölkənin Xarici İşlər Nazirliyi Moskvanın tədbirlərini “tamamilə əsassız” kimi xarakterizə edib.
Mart ayında Avstriyanın “Falter” nəşri Rusiya kəşfiyyatının Avstriyadakı fəaliyyəti haqqında yazaraq, “jurnalist örtüyü altında” Avstriyanın siyasi dairələri haqqında məlumat əldə edən rus jurnalistləri xatırladıb və qeyd olunub ki, müxbirlərdən biri Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı olub.