12 aprel 2025-ci il tarixində Antalyada keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.
Bu barədə Viral.az-a Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən məlumat verilib.
Tərəflər Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin mətninin yekunlaşdırılmasından sonra normallaşma prosesinin hazırkı vəziyyətini müzakirə ediblər.
Son Yazılar:
- Terrorçuların fəaliyyət imkanları bitmə nöqtəsinə çatıb
- “Fənərbaxça” səfərdə qələbə QAZANDI
- ABŞ Niderlanda 175 ədəd “Tomahawk” raketi SATACAQ
Nazirlər dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.