-->

Çaylarda sululuq artdı – sel və daşqın ehtimalı var

Çaylarda sululuq artdı - sel və daşqın ehtimalı var

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.

Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq ölkənin bir çox ərazilərində müşahidə olunan leysan xarakterli intensiv yağıntılarla əlaqədar əksər daxili çaylarda sululuq artıb.

Son Yazılar:

Avtomat hidroloji stansiyaların məlumatına əsasən ən çox artım Böyük Qafqaz ərazisindən axan çaylarda müşahidə olunub.

Belə ki, Böyük Qafqaz ərazisindən axan Vəlvələçayda 28 sm, Qarasuçayda 12 sm, Qudyalçayda 7 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 8 sm, Zəyəmçayda 5 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Oxçuçayda 19 sm, Bəsitçayda 8 sm, Zabuxçayda 7 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda isə 17 sm artım qeydə alınıb.

Qeyd edək ki, növbəti günlərdə də çaylarda yüksək sululuğun davam edəcəyi, bəzi çaylardan sel və daşqın keçəcəyi ehtimal olunur.