“Bakı Metropoliteni” QSC qatar maşinisti peşəsi üzrə kişi və qadın namizədlərin növbəti seçimini elan edib
Bu barədə Viral.az-a Bakı Metropoliteninin Mətbuat xidmətindən bildirilib.
Namizədə dair tələblər sırasına 22-30 arası yaş, ali texniki, orta texniki və ilk peşə ixtisaslı olmaq, hərbi bilet (kişilər üçün) daxildir.
Son Yazılar:
- Terrorçuların fəaliyyət imkanları bitmə nöqtəsinə çatıb
- “Fənərbaxça” səfərdə qələbə QAZANDI
- ABŞ Niderlanda 175 ədəd “Tomahawk” raketi SATACAQ
İlkin seçim müsahibə və psixoloji testlər vasitəsilə aparılacaq.
Uyğun namizədlər zəruri tibbi yoxlamalardan keçiriləcək.
Bütün tələblərə cavab verən namizədlər 6-7 ay davam edən nəzəri və praktik tədris prosesinə cəlb olunacaqlar.
Qeydiyyat üçün Bakı metropoliteninin “metro.gov.az”- rəsmi internet saytının “Karyera” bölməsinə daxil olaraq, “Elektron ərizə” yarımbölməsindəki anket formasını doldurmaq lazımdır.
Ərizə formasında “işləmək istədiyiniz işin adı” xanasına “maşinist” qeydinin yazılması mütləqdir.
Müraciətlərin qəbulu 15 – 30 aprel 2025-ci il aralığında aparılacaq.