Ölkə ərazisində fasilələrlə müşahidə olunan yağıntının aprelin 15-dən 16-na keçən gecədən başlayaraq intensivləşəcəyi, əsasən Böyük Qafqaz zonasının bəzi rayonlarında yağıntıların aramsız güclü olacağı gözlənilir.
Viral.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, dağlıq ərazilərdə fasilələrlə intensiv qar yağacağı ehtimalı var.
Son Yazılar:
- Terrorçuların fəaliyyət imkanları bitmə nöqtəsinə çatıb
- “Fənərbaxça” səfərdə qələbə QAZANDI
- ABŞ Niderlanda 175 ədəd “Tomahawk” raketi SATACAQ
“Qərb küləyi 15-20 m/s, bəzi rayonlarda arabir 25-30 m/s-dək güclənəcək.
Əlverişsiz hava şəraiti qərb rayonlarında aprelin 17-si gecəyədək, şərq rayonlarında isə səhərədək davam edəcək.
Ölkənin əksər yerli çaylarında yüksək sululuğun davam edəcəyi, əsasən dağ çaylarından sel və daşqın keçəcəyi gözlənilir”,- məlumatda qeyd edilib.