Paytaxtın Xətai rayonu ərazisində – metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında yerləşən binada yanğın başlayıb.
Viral.az xəbər verir ki, binadan ətrafa güclü qara tüstü yayılır.
FHN Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, əraziyə yanğınsöndürmə briqadaları göndərilib: “Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Son Yazılar:
- Terrorçuların fəaliyyət imkanları bitmə nöqtəsinə çatıb
- “Fənərbaxça” səfərdə qələbə QAZANDI
- ABŞ Niderlanda 175 ədəd “Tomahawk” raketi SATACAQ
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək”.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.Yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb ediliblər.
DİN-in mətbuat xidmətindən bildirilib ki, hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür (Qafqazinfo).