Aprelin 23-də İstanbulda baş vermiş zəlzələdən sonra şəhərin 39 rayonuna dəyən ziyanın müəyyənləşdirilməsi istiqamətində indiyədək 8 367 bina yoxlanılıb.
Viral.az xəbər verir ki, bununla bağlı Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum “X” də yazıb.
Nazir bildirib ki, bu binalardan 7 113-də dağıntl və ya xəsarət olmayıb. 437 bina isə qismən zədələlənib.
Son Yazılar:
- Xəzər dənizində yaradılan süni torpaq sahələrinin icarəsi ilə bağlı yeni sənədlər müəyyənləşib
- Direktor 300 bal toplayan şagirdini təbrik etdi
- Azərbaycan neftinin qiyməti 67 dolları ötdü
Bildirilib ki, yoxlamalar başa çatandan sonra zəruri tədbirlər görüləcək.
Nazir ən çox İstanbulun Bahçelievler, Bağcılar, Esenler, Avcılar və Küçükçekmece rayonlarından müraciətin daxil olduğunu deyib.
Qeyd edək ki, şəhərdə afterşokların davam etməsi səbəbindən əhalinin müəyyən hissəsi hələ də evlərinə daxil olmağa çəkinir.