Ermənistanın paytaxtı İrəvandan Moldovanın paytaxtı Kişinyova uçan təyyarə məcburi eniş edib.
Viral.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, məcburi eniş Rumıniyanın paytaxtı Buxarestə edilib.
Son Yazılar:
- Ata öldü, qızı və nəvələri YARALANDI
- Azərbaycanlı müğənni toy günü 6 saat liftdə qaldı
- “Kilolu olanda mənə “inək” yazanlar indi…”
Bildirilib ki, buna səbəb bomba olması ilə bağlı məlumatdır. Rumıniyada təyyarənin və sərnişinlərin baqajının yoxlanılması prosesi davam edir.
Məhz bu səbəbdən təyyarə bir neçə saatdır Buxarestdən çıxa bilmir. Moldovanın mülki aviasiya idarəsi hələlik vəziyyəti şərh etməyib, hər şeyin aydınlaşdırılacağını qeyd edib.