Prezident İlham Əliyev Ekvador Respublikasının Prezidenti Daniel Noboa Azinə təbrik məktubu ünvanlayıb.
Viral.az xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli cənab Prezident,
Son Yazılar:
- Direktor 300 bal toplayan şagirdini təbrik etdi
- Azərbaycan neftinin qiyməti 67 dolları ötdü
- Rusiya Ukrayna ilə sərhəddə bufer zonası yaradır
Ekvador Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Ekvador arasında dostluq münasibətlərinin daha inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Ekvador xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram”.