Rusiyanın paytaxtı Moskva şəhərindəki Qırmızı meydanda faşizm üzərində qələbənin 80-ci ildönümü münasibətilə Qələbə paradı keçirilib.
Viral.az TASS-a istinadən xəbər verir ki, paradda Çin Sədri Si Cinpin, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Tacikistan Prezidenti İmaməli Rəhman və bir sıra digər xarici ölkə rəsmiləri iştirak ediblər.
Vladimir Putin parad başlamazdan əvvəl çıxış edib. İkinci Dünya müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Son Yazılar:
- Xəzər dənizində yaradılan süni torpaq sahələrinin icarəsi ilə bağlı yeni sənədlər müəyyənləşib
- Direktor 300 bal toplayan şagirdini təbrik etdi
- Azərbaycan neftinin qiyməti 67 dolları ötdü
Sonra Rusiya Prezidenti Vladimir Putin paradı qəbul edib.
Qeyd edək ki, Paradda Azərbaycan hərbçiləri keçid edib. Keçidə polkovnik-leytenant Samiq Məmmədov rəhbərlik edib.