Masallıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Viral.az APA-ya istinadla xəbər verir ki, hadisə günorta saatlarında yeni Ələt-Astara magistralının 122-ci km-də Masallı rayonunun Ləngan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Astara istiqamətində hərəkətdə olan “Toyota Prado” markalı nəqliyyat vasitəsi idarəetməni itirərək bir neçə dəfə çevrilib. İlkin məlumata görə, avtomobildə olan bir azyaşlı ölüb, digər sərnişinlər xəsarət alıb.
Son Yazılar:
- Direktor 300 bal toplayan şagirdini təbrik etdi
- Azərbaycan neftinin qiyməti 67 dolları ötdü
- Rusiya Ukrayna ilə sərhəddə bufer zonası yaradır
Yaralılar Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.