-->

Lerikdə 62 yaşlı qadın körpüdən dərəyə yıxılıb xəsarət aldı

Lerikdə 62 yaşlı qadın körpüdən dərəyə yıxılıb xəsarət aldı

Lerik rayonunun Sivəkəran kəndi ərazisində bir nəfərin dərəyə yıxılaraq köməksiz vəziyyətdə qalıb.

Viral.az xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub.

Son Yazılar:

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, meşəlik ərazidə gəzintidə olan şəxs piyadalar üçün nəzərdə tutulmuş körpüdən dərəyə yıxılıb və müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər bədən xəsarətləri alan 1963-cü il təvəllüdlü E.Abbasovaya müvafiq köməklik göstərərək dərədən təxliyə edib və təcili tibbi yardım briqadasına təhvil veriblər.

e0553271 85a2 4246 89cd 0e7a161e424d