Meksika hakimiyyəti “Google” korporasiyasını “Google Maps” xəritə xidmətində Meksika körfəzinin adını Amerika körfəzi kimi dəyişdiyinə görə məhkəməyə verib.
Viral.az xəbər verir ki, bu barədə Latın Amerikası ölkəsinin prezidenti Klaudia Şeynbaum gündəlik mətbuat konfransı zamanı məlumat verib.
“Artıq iddia qaldırılıb, hazırda baxılma mərhələsindədir”, – deyə o bildirib.
Son Yazılar:
- Ağ Evin Təhlükəsizlik Şurasının 100-dən çox əməkdaşı vəzifəsindən kənarlaşdırıldı
- Zaqatalada avtomobil piyadanı vurub
- Varikoz damarlarının qarşısını necə almaq və gecikdirmək olar?
“Bizim yeganə istəyimiz odur ki, ABŞ hökumətinin Meksika körfəzinin adının Amerika körfəzi olaraq dəyişdirilməsi ilə bağlı sərəncamı yerinə yetirilsin. ABŞ hökumətinin Amerika körfəzinə dair sərəncamında yalnız ABŞ-nin materik şelfinə uyğun hissə qeyd olunur, bütün körfəz deyil, çünki hökumətin bütün körfəzə ad verməyə səlahiyyəti yoxdur”, – deyə Şeynbaum izah edib.
“Əgər söhbət bir ştatın, dağın və ya gölün adının dəyişdirilməsindən getsəydi, biz heç nə deyə bilməzdik. Onlar öz ərazilərində yerləşən hissəni istədikləri kimi adlandıra bilərlər. Amma Meksikaya aid olan hissənin adını dəyişmək olmaz”, – deyə o əlavə edib.