Misli Premyer Liqasında sonuncu – XXXVI turunda “Sumqayıt” “Səbail”ə qalib gəlib.
Viral.az xəbər verir ki, “ASCO Arena”dakı qarşılaşmada qonaqlar 4:1 hesablı qələbəyə seviniblər.
Meydan sahiblərinin heyətində Suleyman Alluş (21) fərqlənib. “Gənclik şəhəri” təmsilçisinin qollarını isə Sərdar Taşkın (28), Giorgi Karaişvili (pen-59), Ronaldo Vaskes (79) və Roy Kehat (90+1) vurublar.
Son Yazılar:
- İranın xarici işlər naziri Moskvada səfərdədir
- “Yuventus” Klublararası Dünya Çempionatında pley-off mərhələsinə yüksəldi
- Qubada yol qəzasında ölən bacıların kimliyi məlum oldu
22 xalla sonuncu – onuncu pillədə qərarlaşan Bakı klubunun I Liqaya düşəcəyi dəqiqləşib. “Sumqayıt” 33 xalla səkkizincidir..