Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Viral.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, “Vaz-2107” markalı minik avtomobili hərəkətdə olarkən traktorun qoşqusuna çırpılıb.
Son Yazılar:
- İranın xarici işlər naziri Moskvada səfərdədir
- “Yuventus” Klublararası Dünya Çempionatında pley-off mərhələsinə yüksəldi
- Qubada yol qəzasında ölən bacıların kimliyi məlum oldu
Qəza nəticəsində bir nəfər xəsarət alıb və dərhal xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.