Latviyanın paytaxtı Riqada keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatının ikinci günündə Azərbaycan millisinin üzvləri 3 qızıl və 1 bürünc medal qazanıblar.
Viral.az xəbər verir ki, M-4 yaş kateqoriyasında Babək Hacıyev (60 kq), Vaqif Kərimov (73 kq) və Emil Hüseynov (100 kq) bütün rəqiblərini məğlub edərək Avropa çempionu olublar.
M-3 yaş kateqoriyasında isə Samir İsmayılov (81 kq) üçüncü yeri tutub.
Son Yazılar:
- İranın xarici işlər naziri Moskvada səfərdədir
- “Yuventus” Klublararası Dünya Çempionatında pley-off mərhələsinə yüksəldi
- Qubada yol qəzasında ölən bacıların kimliyi məlum oldu
Qeyd edək ki, turnirin ilk günündə Fərhad Rəcəbli (M-8, -90 kq) də qızıl medala sahib çıxıb.
Hazırda yığma 5 medalla (4 qızıl, 1 bürünc) 37 ölkə arasında ümumi sıralamada 4-cü pillədə qərarlaşıb.