İtaliyanın “İnter” komandasının yeni baş məşqçisi məlum olub.
Viral.az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.
Əslən rumın olan Kristian Kivu ilə 30 iyun 2027-ci ilədək müqavilə imzalanıb.
Son Yazılar:
- Mərhələli şəkildə hədəflərimizə doğru irəliləyirik
- “Elə bil ki, vəziyyəti bu həddə çatdıran ABŞ və İsrail deyil”
- Nüvə obyektlərinə silahlı hücumlar heç vaxt baş verməməlidir
O, 2025-ci ilin fevralında İtaliyanın “Parma” klubuna rəhbərlik edib. Onun rəhbərliyi altında komanda 16-cı yeri tutaraq növbəti mövsüm üçün İtaliya çempionatının yüksək divizionunda qeydiyyatını davam etdirməyi bacarıb. Rumıniyalı buna qədər “İnter”in müxtəlif yaş qruplarından ibarət komandalarında çalışıb.
Kivu futbolçu kimi 2007-2014-cü illərdə “İnter”də çıxış edib. Komanda ilə birlikdə 3 dəfə İtaliya çempionu olub, 2 dəfə ölkə kubokunu və superkubokunu qazanıb, bir dəfə Çempionlar Liqasının və Klublararası Dünya Çempionatının qalibi olub.