Rusiyanın Başqırdıstan Respublikasında fərdi evdə baş verən yanğın nəticəsində üç uşaq həlak olub.
Viral.az xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.
“Başqırdıstan FHN-ə Baltaçevo rayonunun Starobaltaçevo kəndində taxta verandalı fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsi zamanı evdə 16, 9 və 3 yaşlı uşaqların meyitləri aşkar edilib”, – nazirlikdən bildirilib.
Son Yazılar:
- Nüvə obyektlərinə silahlı hücumlar heç vaxt baş verməməlidir
- ABŞ vətəndaşları İrandan Azərbaycana təxliyə olundu
- Dəməşqdəki terror aktına Türkiyədən REAKSİYA
Yanğının səbəbləri nazirliyin regional baş idarəsinin işçi qrupu, müstəntiqlər və yanğın-sınaq laboratoriyasının eksperti tərəfindən müəyyən ediləcək.