Ukrayna münaqişəsi zamanı Qüds ABŞ-dən aldığı və 1990-cı illərdə istifadə edilən “Patriot” hava hücumundan müdafiə sistemlərini Kiyevə təhvil verib.
Viral.az-ın məlumatına görə, bu barədə “Insider” nəşri İsrailin Ukraynadakı səfiri Mixail Brodskinin bəyanatına istinadən xəbər verir.
“Bir vaxtlar ABŞ-dən aldığımız “Patriot” sistemləri hazırda Ukraynadadır. Bunlar 1990-cı illərin əvvəllərində İsraillə xidmətdə olan sistemlərdir. Biz onların Ukraynaya verilməsinə razılaşdıq”, – diplomat bildirib.
Son Yazılar:
- İranın nüvə ambisiyaları qəbuledilməz təhlükədir
- İndiki İran rejimi ölkəni yenidən böyük edə bilmirsə…
- Çin ABŞ-nin İrana hücumunu kəskin şəkildə PİSLƏDİ
Brodski “Patriotlar”ın Kiyevə dəqiq nə vaxt və hansı miqdarda köçürüldüyünü açıqlamayıb.
Eyni zamanda “The New York Times” mayın əvvəlində yazıb ki, Ukrayna “Patriot” sistemlərini, o cümlədən İsraildən ötürməklə əlavə hava hücumundan müdafiə sistemləri ala bilər. Nəşrin əlumatına görə, daha sonra bir sistem təmirdən sonra göndərilməyə hazırlanırdı.