Alimlər müəyyən ediblər ki, D vitamini qəbulu bioloji qocalmanı azı üç il ləngidə və insanı daha gənc göstərə bilər.
Viral.az xəbər verir ki, tədqiqat “American Journal of Clinical Nutrition” jurnalında dərc olunub.
Corciya Tibb Kollecinin mütəxəssisləri tərəfindən aparılan araşdırmada 25 mindən çox insan iştirak edib. 1054 iştirakçıdan ibarət alt qrupda D3 vitamininin orqanizmə təsiri öyrənilib. Məlum olub ki, vitamin qəbul edənlərin orqanizmində hüceyrələr gec qocalır.
Son Yazılar:
- ABŞ vətəndaşları İrandan Azərbaycana təxliyə olundu
- Dəməşqdəki terror aktına Türkiyədən REAKSİYA
- İranın xarici işlər naziri Moskvada səfərdədir
Bildirilir ki, D vitamini immunitet və sümüklər üçün faydalı olsa da, onun depressiya və virus infeksiyalarına (məsələn, COVID-19-a) təsiri hələ sübut olunmayıb.
Alimlər yüksək dozada D vitamini qəbul etməzdən əvvəl həkimə müraciət etməyi məsləhət görürlər. /Oxu.az