-->

Bakıda tələbə qız faciəvi şəkildə öldü – FOTO

Bakıda tələbə qız faciəvi şəkildə öldü - FOTO

Bakıda gənc qız zəhərlənmədən vəfat edib.

Viral.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, hadisə iyunun 7-si saat 05 radələrində baş verib.

Belə ki, sübh vaxtı Səbail rayonu M.Hüseynov küçəsi 22-nin qarşısından Saatlı rayon sakini 2005-ci il təvəllüdlü Dərya Şahin qızı Ağayeva ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Son Yazılar:

Zəhərlənmə diaqnozu qoyulmuş qız bir qədər sonra vəfat edib.

D.Ağayevanın hansı şəraitdə və nədən zəhərlənməsi hələlik tam dəqiqləşməyib.

Yaxınları onun qarpızdan zəhərləndiyini bildiriblər.

Vəfat edən qızın universitetlərdən birinin tələbəsi olduğu qeyd edilib.

Faktla bağlı araşdırmalar aparılır.

***

TƏBİB-dən cavab olaraq bildirilib ki, iyunun 7-də 20 yaşlı şəxs (qadın cinsli) qıcolma vəziyyətində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib. 

Dərhal xəstəyə zəruri tibbi xidmətlər göstərilib, həkimlərin səylərinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb.

484689135 1180235847127680 2700983471857993441 n

derya agayeva

486433475 1185746606576604 864585266134766756 n

615299de 37a0 4bd9 a32e a5ed9ec424bd

derya