Rusiyada yaşayan miqrantların DİQQƏTİNƏ!: Rəqəmsal profil tətbiq EDİLƏCƏK

Rusiyada yaşayan miqrantların DİQQƏTİNƏ!: Rəqəmsal profil tətbiq EDİLƏCƏK

Rusiyada miqrantların rəqəmsal profili yaradılacaq. Viral.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin sədri Mixail Mişustin bildirib. Onun sözlərinə görə, iyunun 30-dan Rusiya Federasiyasında miqrantın rəqəmsal profili tətbiq ediləcək. Rusiya baş naziri miqrantın rəqəmsal profilinin həm də işləmək icazəsi olan kağız patenti əvəz edəcəyini də söyləyib.

Ətraflı
Bu gəncin İrəvana gedib Azərbaycan dilində danışması gündəm oldu

Bu gəncin İrəvana gedib Azərbaycan dilində danışması gündəm oldu

Türkiyəli gəncin İrəvanda Azərbaycan dilində danışaraq video çəkməsi maraqla qarşılanıb. Viral.az xəbər verir ki, belə bir addımı Azərbaycanda yaşayan və müəllim kimi çalışan Ogün Özdemir atıb. O, əvvəlcə Gürcüstana, oradan isə Ermənistanın paytaxtına yollanıb. Gəncin səfər zamanı demək olar ki, hər addımını lentə alıb və İrəvanı “tarixi torpaqlarımız” adlandırıb O.Özdemirin videosu sosial şəbəkələrdə geniş kütləyə…

Ətraflı
İranda zəlzələ baş VERDİ

İranda zəlzələ baş VERDİ

İranda dörd bal gücündə zəlzələ olub. Viral.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Qeyd olunur ki, zəlzələ İsfahan əyalətinin Nətənz şəhərində baş verib. Yeraltı təkanlar 10 km dərinlikdə qeydə alınıb. Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Ətraflı
ABŞ-ın Ermənistandakı səfiri geri çağırılacaq, məhkəməyə ÇIXACAQ

ABŞ-ın Ermənistandakı səfiri geri çağırılacaq, məhkəməyə ÇIXACAQ

ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuin bir ay sonra vəzifəsini tərk edəcək.  Viral.az xəbər verir ki, bu barədə “İravunk” qəzeti xəbər yayıb. Bildirilib ki, buna səbəb onunla bağlı məhkəmə araşdırmasının başlanmasıdır. K.Kuinin yerinə Ermənistana daha neytral mövqeyə malik diplomatın göndəriləcəyi ehtimal edilir. Qeyd edək ki, bu təyinatadək o, ölkəsinin Ukraynadakı müvəqqəti işlər vəkili vəzifəsini tutub.

Ətraflı
Şolts hökuməti rəsmi olaraq istefa VERDİ

Şolts hökuməti rəsmi olaraq istefa VERDİ

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer kansler Olaf Şolts və nazirlərə vəzifələrindən azad olunmaları barədə məktubları təqdim edib, onlara fəaliyyətlərinə görə təşəkkür edib.  Viral.az xəbər verir ki, tədbir Berlindəki “Bellevue” prezident sarayında baş tutub. Bununla belə, kansler və Almaniya hökumətinin üzvləri Ştaynmayerin tələbi ilə yeni kabinet formalaşana qədər öz vəzifələrini davam etdirəcəklər. Ştaynmayer çıxışında pandemiyanı, Ukraynadakı münaqişəni,…

Ətraflı
İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Bakıya gələcək

İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Bakıya gələcək

İranın yol və şəhərsalma naziri, İran-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri xanım Fərzanə Sadiq aprelin 10-da Bakıya gələcək. Viral.az xəbər verir ki, Bu barədə İranın ölkəmizdəki Səfirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində onun sözügedən Komissiyanın Azərbaycan tərəfdən həmsədri, Baş nazirin müavini Şahin Mustafayev və digər rəsmilərlə görüşü nəzərdə tutulub.

Ətraflı
26-cı günün duası - İmsak və iftar vaxtı

26-cı günün duası – İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 26-cı günüdür. Viral.az əbər verir ki, sabah imsak vaxtı saat 05:07, iftar isə 19:13-dədir. İmsak duası: “Allahumməc-əl sə-yi fihi məşkura. Və zənbi fihi məğfura. Və əməli fihi məqbula. Və eybi fihi məstura. Ya əsməəs-samiin”. Tərcüməsi: “İlahi, bu gün mənim səylərimi qiymətləndir, günahlarımı bağışla, əməlimi qəbul et, eyblərimi ört! Ey bəndələrini hamıdan yaxşı…

Ətraflı
MEDİA Rusiya media nümayəndələrinin həlak olması ilə bağlı başsağlığı VERDİ

MEDİA Rusiya media nümayəndələrinin həlak olması ilə bağlı başsağlığı VERDİ

Martın 24-də Rusiya Federasiyasının media subyektlərinin əməkdaşları – “İzvestiya” qəzetinin hərbi müxbiri Аleksandr Fedorçak, “Zvezda” telekanalının operatoru Аndrey Panov və çəkiliş qrupunun sürücüsü Аleksandr Sirkeli həlak olub, “Zvezda” telekanalının müxbiri Nikita Qoldin isə ağır yaralanıb. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Rusiya Federasiyasının media nümayəndələrinin həlakı ilə əlaqədar başsağlığı verib. Viral.az xəbər verir ki, başsağlığı mətnində…

Ətraflı
16 minlik oğurluq edən şəxs TUTULDU

16 minlik oğurluq edən şəxs TUTULDU

Xaçmazda oğurluqda şübhəli bilinən şəxs tutulub. Viral.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polisə daxil olan məlumat əsasında keçirilən tədbirlərlə rayondakı evlərin birindən və mağazadan oğurluq etməkdə şübhəli bilinən Nurağa İsgəndərov saxlanılıb. Həmin şəxsin məişət əşyaları, təmir alətləri, tütün məmulatları və pul oğurlaması, zərərçəkmişlərə ümumilikdə 16 min manat məbləğində ziyan vurması məlum olub. Faktla…

Ətraflı
Mingəçevirdə müəllimi maşın VURDU

Mingəçevirdə müəllimi maşın VURDU

Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  Viral.az-ın modern.az-a istinadla məlumatına görə,  “Qazel” markalı kiçik tutumlu yük maşını yolu keçmək istəyən piyada Amalya Zeynalovanı vuraraq ona xəsarət yetirib. Yaralı piyada xəstəxanaya çatdırılıb. A.Zeynalovanın müəllim olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. 

Ətraflı
Azərbaycanlı keçmiş vəkilin işi üzrə istintaq başa ÇATDI

Azərbaycanlı keçmiş vəkilin işi üzrə istintaq başa ÇATDI

Rusiyada dələduzluq və dələduzluğa cəhddə ittiham olunan azərbaycanlı keçmiş vəkil Elman Paşayevin işi üzrə istintaq başa çatıb. Viral.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. “Rusiyanın hərbi istintaq orqanları keçmiş vəkil Elman Paşayevə qarşı cinayət işi üzrə istintaqı başa çatdırıb. O, Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayətlərin (xüsusilə…

Ətraflı
Metroda bu düyməni sıxmayın! - REAL GÖRÜNTÜLƏR

Metroda bu düyməni sıxmayın! – REAL GÖRÜNTÜLƏR

Bakı Metropoliteninin stansiyalarında bu ilin ilk 2 ayında sərnişinlər 534 dəfə eskalatorların dayanmasına səbəb olub. Viral.az xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat xidməti yayıb. Bildirilib ki, bu kimi hadisələr metrodan istifadə edən vətəndaşların həyatı üçün təhlükə yarada bilər: “Sərnişinlərimizi bir daha eskalatorda olarkən daha diqqətli, məsuliyyətli və ehtiyatlı davranmağa çağırırıq!” Dayanma halları ilə bağlı…

Ətraflı
Xaçmazda oğurluq etməkdə şübhəli bilinən şəxs SAXLANILDI

Xaçmazda oğurluq etməkdə şübhəli bilinən şəxs SAXLANILDI

Xaçmaz Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında keçirilən tədbirlərlə rayon ərazisindəki evlərin birindən və mağazadan oğurluq etməkdə şübhəli bilinən Nurağa İsgəndərov saxlanılıb. Viral.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, həmin şəxs məişət əşyaları, təmir alətləri, tütün məmulatları və pul oğurlamaqda təqsirləndirilir. Zərərçəkmişlərə ümumilikdə 16 min manat məbləğində ziyan dəyib. Faktla…

Ətraflı
“Oyunçuların çoxu oruc tutur, hörmətlə yanaşırıq”

“Oyunçuların çoxu oruc tutur, hörmətlə yanaşırıq”

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Belarusla oyundan öncə mətbuat konfransında iştirak edib.  Viral.az xəbər verir ki, portuqal mütəxəssis jurnalistlərin suallarını cavablandırıb. – Səbuhi Abdullazadənin mətbuat konfransına gətirilməsi onu göstərir ki, sabah start heyətində yer alacaq? Ümumiyyətlə, hansı dəyişikliklər olacaq? – Elvin Cəfərquliyevdən savayı bütün oyunçular sabah şans qazana bilərlər. Səbuhi də onlardan biridir,…

Ətraflı
Müharibəyə hazırıq - İran XİN

Müharibəyə hazırıq – İran XİN

İran ABŞ ilə birbaşa danışıqların şərtini açıqlayıb. Viral.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Abbas Əraqçi jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Vaşinqton Tehrana qarşı siyasətini yenidən tənzimləməsə, İran ABŞ ilə birbaşa danışıqlara getməyəcək. Nazir indiki vəziyyətdə ABŞ ilə birbaşa danışıqları rədd edib: “”Maksimum təzyiq kampaniyası” adlanan və İrana qarşı təkrarlanan təhdidlər…

Ətraflı
“Ləmana görə intihara cəhd etdim”

“Ləmana görə intihara cəhd etdim”

“TikTok” fenomeni Ləman Vəliyeva keçmiş baldızının şikayəti əsasında cəzalandırılıb. Viral.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, Ləman Turə Nuriyevanın şikayəti ilə məhkəmə qarşısına çıxarılıb. Şikayətçi keçmiş gəlinlərinin onu 10 minlərlə izləyici qarşısında təhqir etdiyi videoqeydləri məhkəməyə təqdim edib. Hakim sübutlarla tanış olduqdan sonra işi icraata qəbul edib, nəticədə Ləman Vəliyeva təqsirləndirilən şəxs qismində tanınıb. Turə Nuriyeva ifadəsində…

Ətraflı
Qazaxda kişi bayram günü itkin DÜŞDÜ

Qazaxda kişi bayram günü itkin DÜŞDÜ

Qazaxda kişi itkin düşüb. Viral.az oxu.az-a istinadla xəbər verir ki, 31 yaşlı Tamerlan Mustafa oğlu Sadıqov martın 20-də axşam saatlarında Aşağı Salahlı kəndində yerləşən ata evindən dostları ilə görüşmək məqsədilə evdən çıxaraq bir daha geri qayıtmayıb. Bu barədə onun atası polisə müraciətində bildirib. Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Ətraflı
Pensiya düzəltmək adı ilə vətəndaşın 10 min manatını MƏNİMSƏDİ

Pensiya düzəltmək adı ilə vətəndaşın 10 min manatını MƏNİMSƏDİ

Bakı şəhəri Xətai Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub. 1976-cı il təvəllüdlü təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunaraq üç il müddətinə azadlıqdan məhrum edilib. Viral.az modern.az-a istinadla xəbər verir ki, təqsirləndirilən şəxs zərərçəkmişin etibarından sui-istifadə edərək, onun oğlunun pensiyaya çıxmasına və 12.000 manat kompensasiya almasına kömək…

Ətraflı
Neçə manat fitrə çıxaraq?

Neçə manat fitrə çıxaraq?

“Qafqaz Müsəlmanları İdarəsi tövsiyə edir ki, hər ailədə adambaşına 10-15 manat fitrə zəkatı çıxarılsa, daha yaxşı olar”​ Viral.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib. “Hər bir ailə başçısı ailədə neçə nəfər varsa, onun sayına uyğun fitrə zəkatı çıxarmalıdır. Fitrə zəkatı ən çox istifadə olunan ərzaqdan 3 kq…

Ətraflı
Günel Səfərova da istintaqa cəlb OLUNDU

Günel Səfərova da istintaqa cəlb OLUNDU

Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova Baş Prokurorluğun İstintaq İdarəsində aparılan “QHT İşi” çərçivəsində istintaqa cəlb olunub. Viral.az “Gununsesi.info”ya istinadən xəbər verir ki, Günel Səfərova da ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyindən (USAİD) qrant alan şəxslər siyahısında olub. Onun ötən həftə Baş Prokurorluqda 5 saata yaxın dindirildiyi bildirilir. Qeyd edək ki, 2021–2023-cü illər…

Ətraflı