*Satış məsləhətçisi / Barista tələb olunur*
*İş saatları: 10:00–22:00 / Part time: 13:00-21:00*
*İş yeri: 28 Mall, Dəniz Mall və ya Gənclik Mall*
Vəzifə öhdəlikləri:
Moçi, bubble tea və digər məhsulların müştərilərə təqdim edilməsi və satışı;
Müəyyən edilmiş reseptlər əsasında bubble tea içkilərinin hazırlanması;
Müştərilərə məhsullar barədə düzgün məlumat verilməsi;
Satış nöqtəsində səliqə və təmizliyin qorunması;
Komanda üzvləri ilə əməkdaşlıq edərək yüksək xidmət səviyyəsinin təmin olunması.
Namizədə tələblər:
Gülərüz, məsuliyyətli və ünsiyyətcil olmaq;
Müştərilərlə işləmək bacarığı;
Yüksək müştəri axınına uyğun satışı həyata keçirmək;
Komandada işləmək bacarığı;
İşə və təlimlərə məsuliyyətlə yanaşmaq;
Bu sahədə iş təcrübəsi üstünlükdür, lakin mütləq tələb deyil;
Rus dili biliyi arzuolunandır.
Yaş həddi - 18-dən yuxarı
İş şəraiti:
İş qrafiki: 1 gün iş / 1 gün istirahət və ya qarşılıqlı razılaşma əsasında; Part time - 6 günlük iş qrafiki;
Əməkhaqqı: 550 AZN
Maraqlanan namizədlər öz CV-lərini və ya qısa məlumatlarını 0706503807 əlaqə vasitəsilə təqdim edə bilərlər.
E-mail: info@mochiki.az
📅 24.09.2026 16:54⏳ Bitmə: 24.10.2026
🔖 Elan №: 001435
Oxşar Elanlar
Iş elanları whatsapp qrupu
Razılaşma
Bakı22.09.2026
Restorana Operator xanım tələb olunur (Həzi Aslanov)