Satış Nümayəndəsi

840 ₼
Şəhər Bakı
Elan növü İşçi axtarılır
📂 İş Elanları 🕐 11.08.2026 👁 10 baxış

Təsvir

Satış Nümayəndəsi Around Group Tam iş günü Bakı, Azərbaycan 28/07/2026 - 28/08/2026 İş haqqında məlumat Around Group 25 ildən artıqdır ki, ticarət marketinqi, satış komandalarının idarə olunması, satış kanallarının inkişafı, tədbirlərin təşkili, rəqəmsal həllər və insan resursları sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. Şirkət yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək müxtəlif sahələr üzrə uğurlu layihələr həyata keçirir. Xidmət portfelimizə BTL və promo layihələri, tədbirlərin təşkili, kadr seçimi və təlimi, eləcə də veb həllər, SMM, media təşviqatı və digər rəqəmsal xidmətlər daxildir. Hazırda komandamızı genişləndirmək məqsədilə Horeca Satış Nümayəndəsi vakansiyası üzrə yeni əməkdaşlar axtarırıq. Vəzifə öhdəlikləri HORECA məkanlarında (restoran, kafe, bar və tədbirlərdə) premium tütün qızdırıcı cihazının təqdimatı və satışını həyata keçirmək; Müştərilərə məhsulun xüsusiyyətləri və üstünlükləri barədə ətraflı məlumat vermək; Yüksək xidmət standartlarına uyğun peşəkar müştəri təcrübəsi yaratmaq; Satış planlarının icrasında aktiv iştirak etmək və müəyyən edilmiş hədəflərə nail olmaq; Brendi şirkətin standartlarına uyğun şəkildə təmsil etmək. İş şəraiti və təkliflərimiz Əmək haqqı: 840 AZN NET + satış nəticələrinə əsaslanan bonus sistemi; Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi; İş qrafiki: Həftədə 5 iş günü, 18:00 – 01:00 ; İstirahət günləri: Bazar ertəsi və Çərşənbə axşamı; Şirkət tərəfindən nəqliyyat və iş forması ilə təminat; Peşəkar inkişaf və karyera yüksəlişi imkanları Dinamik, innovativ və peşəkar iş mühitində çalışma imkanı. Tələblər Orta və ya natamam ali təhsil; Satış və ya promo sahəsində minimum 1 il iş təcrübəsi
📅 11.08.2026 01:22 ⏳ Bitmə: 09.09.2026
🔖 Elan №: 000400

Oxşar Elanlar

Iş elanları whatsapp qrupu
Iş elanları whatsapp qrupu
Razılaşma
Bakı 22.08.2026
Restorana Operator xanım tələb olunur (Həzi Aslanov)
Restorana Operator xanım tələb olunur (Həzi Aslanov)
Razılaşma
Bakı 16.08.2026
*📢 Çörəkçi Tələb Olunur*
*📢 Çörəkçi Tələb Olunur*
Razılaşma
Bakı Bu gün
📢 TƏNDİRÇİ TƏLƏB OLUNUR
📢 TƏNDİRÇİ TƏLƏB OLUNUR
Razılaşma
Bakı Bu gün
Viral import
Viral import
Üzv: 01.08.2026
1029 aktiv elan
İstifadəçinin bütün elanları
WhatsApp ✉️ Mesaj üçün daxil olun
⚠️ Diqqət: Mal görülmədən pul köçürməyin. Şübhəli elanları bildirin.