İnspektor (Sumqayıt)

Razılaşma ilə razılaşma ilə
Şəhər Sumqayıt
Elan növü İşçi axtarılır
📂 İş Elanları 🕐 Bu gün 👁 0 baxış

Təsvir

* Azərsun Holdinq **Vəzifə* İnspektor (Sumqayıt) Son tarix 13.09.2026 Şirkət: Azərsun Kağız və Karton İstehsalat Korporasiyası Tələblər: Ali təhsil (Mexanika, Kimya və ya Qida mühəndisliyi və ya əlaqəli ixtisaslar üzrə). Keyfiyyətə nəzarət, laboratoriya və ya istehsalat sahəsində 3 il iş təcrübəsi. MS Office, SAP və Microsoft Teams proqramlarında işləmək bacarığı. Yüksək analitik düşünmə, problem həll etmə və qərarvermə bacarığı. Qida təhlükəsizliyi, keyfiyyət idarəetmə sistemləri və istehsalat prosesləri üzrə biliklər (ingilis və rus dili bilikləri üstünlükdür) Vəzifə öhdəlikləri İş təlimatlarına uyğun olaraq laborator və istehsalat nəzarət analizlərini həyata keçirmək. Məhsulların fiziki-kimyəvi, orqanoleptik və keyfiyyət göstəricilərinin keyfiyyət planına uyğunluğunu yoxlamaq və qiymətləndirmək. İstehsalat və qablaşdırma proseslərində keyfiyyət və proses parametrlərinə mütəmadi nəzarət etmək. Uyğunsuzluq aşkar edildikdə prosesi dayandırmaq, aidiyyəti şəxsləri məlumatlandırmaq və düzəldici-önləyici fəaliyyətlərin həyata keçirilməsini təmin etmək. Hazır məhsul, yarımfabrikat, xammal, qablaşdırma materialları və qatqı maddələrinin qəbul şərtlərinə uyğunluğunu yoxlamaq. İstehsalat sahələrində sanitar-gigiyenik tələblərə, qida təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət etmək. Anbar sahələrində temperatur, rütubət, paletləmə və təmizlik göstəricilərini yoxlamaq və nəticələri qeydiyyata almaq. Aparılmış yoxlamalar, analizlər və aşkar olunmuş uyğunsuzluqlar üzrə müvafiq hesabat və qeydləri hazırlamaq. Növbə ərzində həyata keçirilən yoxlamalar və nəticələr barədə rəhbərliyə mütəmadi məlumat və hesabat təqdim etmək İş şəraiti İş Qrafiki: Növbəli İş yeri: Sumqayıt, Azərsun Kağız və Karton İstehsalat Korporasiyası Nəqliyyat dəstəyi mövcuddur Nahar şirkət tərəfindən təmin olunur Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “İnspektor - Sumqayıt” qeyd etməyiniz xahiş olunur.
📅 15.08.2026 02:48 ⏳ Bitmə: 13.09.2026
🔖 Elan №: 000526

Oxşar Elanlar

Barista xanım tələb olunur
Barista xanım tələb olunur
800 ₼
Bakı 05.08.2026
Restorana qabyuyan tələb olunur 28 May
Restorana qabyuyan tələb olunur 28 May
600 ₼
Bakı 02.08.2026
Dəzgahçı xanım tələb olunur
Dəzgahçı xanım tələb olunur
600 ₼
Bakı 31.07.2026
Kafeyə Ofisiant Tələb olunur
Kafeyə Ofisiant Tələb olunur
Razılaşma
Bakı 31.07.2026
Viral import
Viral import
Üzv: 01.08.2026
388 aktiv elan
İstifadəçinin bütün elanları
📵 Nömrə gizlədilmişdir
✉️ Mesaj üçün daxil olun
⚠️ Diqqət: Mal görülmədən pul köçürməyin. Şübhəli elanları bildirin.