Modelyer tələb olunur

Qiymət yoxdur
Şəhər Bakı
Elan növü İşçi axtarılır
📂 İş Elanları 🕐 19.09.2026 👁 14 baxış

Təsvir

Modelyer tələb olunur İşəgötürən: “ Nur Collection”  MMC  Əmək haqqı: Razılaşma yolu ilə İş şəraiti 6 günlük iş həftəsi (6-ci gün qısa iş) ·         Nahar şirkət tərəfindən təmin olunur ·         Nahar fasiləsi:  13:00 -  14:00 ·         Ünvan:  Bakı, Aliağa Vahid 1B (Bakı-Sumqayıt yolunun üstü) Əsas Vəzifələr: Tekstil və moda bazarını daim araşdırmaq, bazardakı yenilikləri və müştəri tələblərini analiz etmək; Bazarın tələbinə uyğun yeni geyim modelləri və məhsul ideyaları hazırlamaq və təklif etmək; Hazırlanacaq modellərin satış potensialını əvvəlcədən qiymətləndirmək; Müştəri zövqü, mövsümi tələbat, moda trendləri və satış göstəricilərinə əsasən məhsul çeşidinin formalaşdırılmasında iştirak etmək; Hansı model, rəng, parça və dizaynların daha çox satıla biləcəyini müəyyən etmək; İstehsal üçün yeni model və məhsul təkliflərini hazırlamaq və aidiyyəti şöbələrə təqdim etmək; Mövcud məhsulların satış nəticələrini analiz edərək uğurlu və zəif modelləri müəyyən etmək; Rəqiblərin məhsul çeşidini, qiymətlərini və bazardakı mövqeyini araşdırmaq; Yeni məhsulların bazara çıxarılmasından əvvəl kommersiya və satış potensialını təhlil etmək; Tekstil və geyim sahəsində istehsal prosesini, parça növlərini, model xüsusiyyətlərini və məhsul keyfiyyətini yaxşı bilmək; İstehsal və satış arasında məhsul istiqamətinin düzgün formalaşdırılmasına dəstək olmaq; Satışların artırılması üçün yeni məhsul və model strategiyaları təklif etmə Namizədə tələblər: Orta/Ali təhsil Müvafik sahə üzrə minimum 2 il iş təcrübəsi Komandada və təkbaşına işləmə qabiliyyəti; Diqqətli, məsuliyyətli və operativ olmaq.   Komandamıza uyğun olan  namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Modelyer”   qeyd etməklə,  hr@nurcollection.az elektron ünvanına göndərə bilərlər.   Son müraciət tarixi: 19.09.2026
📅 19.09.2026 06:49 ⏳ Bitmə: 19.10.2026
🔖 Elan №: 000645

Oxşar Elanlar

Iş elanları whatsapp qrupu
Iş elanları whatsapp qrupu
Razılaşma
Bakı 22.09.2026
Restorana Operator xanım tələb olunur (Həzi Aslanov)
Restorana Operator xanım tələb olunur (Həzi Aslanov)
Razılaşma
Bakı 20.09.2026
Satıcı vakansiyası
Satıcı vakansiyası
Razılaşma
Bakı 11.09.2026
Ofisiant Tələb olunur
Ofisiant Tələb olunur
600 ₼
Bakı 11.09.2026
Viral import
Viral import
Üzv: 01.08.2026
1149 aktiv elan
İstifadəçinin bütün elanları
📵 Nömrə gizlədilmişdir
✉️ Mesaj üçün daxil olun
⚠️ Diqqət: Mal görülmədən pul köçürməyin. Şübhəli elanları bildirin.