Bioloji Təbabət klinikasına Videoqraf
Axtarılır.
Əmək haqqı: 800 – 1000 Azn
Son tarix 19.09.2026
Vəzifə öhdəlikləri:
Müxtəlif tədbir, görüş və reportajların video çəkilişini həyata keçirmək.
Şirkətin fəaliyyəti və layihələri ilə bağlı video kontentin hazırlanması.
Sosial media üçün Reels, TikTok və digər qısa video kontentləri hazırlamaq.
Çəkiliş prosesinin əvvəlcədən planlaşdırılması və çəkiliş məkanının hazırlanması.
Təqdim olunan material və kontentlər əsasında şirkətin marketinq strategiyasına uyğun video çəkilişləri həyata keçirmək.
Şirkətin vizual və rəqəmsal kontentinin yaradılmasında iştirak etmək.
Video çəkilişlər zamanı görüntü və səs keyfiyyətinə nəzarət etmək.
Hazırlanan video kontentin sosial media platformalarının format və tələblərinə uyğunlaşdırılmasını təmin etmək.
Namizədə tələblər:
Videoqrafiya və ya əlaqəli sahədə 1–3 il iş təcrübəsi;
Peşəkar kamera və çəkiliş avadanlıqları ilə işləmə bacarığı;
Reportaj, müsahibə və tədbir çəkilişləri üzrə praktiki təcrübə;
Yüksək vizual zövq və kadr quruluşu bacarığı;
Komandada işləmək və verilən tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək bacarığı;
Məsuliyyətli, operativ və yaradıcı yanaşma;
Peşəkar kamera Sony FX3 ilə işləmə bacarığı
Portfolio təqdim edilməsi mütləqdir.
İş şəraiti:
İş qrafiki: 6 gün
İstirahət: Bazar günü, şənbə günü qısa iş günüdür.
Göstərilən tələblərə uyğun gələn namizədlərdən mövzu hissəsində “Videoqraf” qeyd edərək CV formalarını hr@btk.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
📅 24.08.2026 06:41⏳ Bitmə: 23.09.2026
🔖 Elan №: 000780
Oxşar Elanlar
Iş elanları whatsapp qrupu
Razılaşma
Bakı22.08.2026
Restorana Operator xanım tələb olunur (Həzi Aslanov)