📢 GFC MMC *📌 Vəzifə* Sürücü (Refrijerator, Yük avtomobili)

630 ₼
Şəhər Xırdalan
Elan növü İşçi axtarılır
📂 İş Elanları 🕐 Bu gün 👁 0 baxış

Təsvir

📢 GFC MMC *📌 Vəzifə* Sürücü (Refrijerator, Yük avtomobili) Son tarix 24.09.2026 İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi Namizədə aid tələblər: Müvafiq vəzifədə 5 ildən az olmayaraq iş təcrübəsi; Refrijerator və ya yük avtomobillərinin idarə olunması sahəsində minimum 2 il iş təcrübəsi; BC kateqoriyalı sürücülük vəsiqəsi; Yol hərəkəti qaydalarını və yükdaşınma prinsiplərini yaxşı səviyyədə bilməsi; Şəhərdaxili marşrutları yaxşı tanımaq və təhlükəsiz sürücülük bacarıqlarına malik olmaq; Komandada işləmək bacarığı; Diqqətli, məsuliyyətli, intizamlı və operativ olmaq; AR SQ hərbi xidmət keçmiş olması arzuolunandır. Əsas vəzifə öhdəlikləri: Mal-materialları qaimələr əsasında anbardan qəbul etmək, say və çeşidini yoxlamaq, uyğunsuzluqlar barədə rəhbərliyi məluatlandırmaq; Malların avtomobilə düzgün və təhlükəsiz yüklənməsinə və daşınma zamanı zədələnməsinin qarşısının alınmasına nəzarət etmək; Gündüz və ya gecə reysləri üzrə refrijerator nəqliyyat vasitəsi ilə malların mərkəzi anbardan restoranlara müəyyən edilmiş marşrut üzrə vaxtında və təhlükəsiz çatdırılmasını təmin etmək; Dondurulmuş, soyudulmuş və quru qida məhsullarının temperatur rejiminə uyğun şəkildə təhlükəsiz daşınmasını təmin etmək; Çatdırılma qrafikinə və marşrut planına riayət etmək, gecikmə və ya digər fövqəladə hallar baş verdikdə dərhal rəhbərliyə məlumat vermək; Malları restoranlarda qaimələr əsasında məsul şəxslərə təhvil vermək və müşayiətedici sənədləri düzgün rəsmiləşdirmək; Nəqliyyat vasitəsinin texniki sazlığını, təmizliyini və refrijerator avadanlığının işlək vəziyyətdə olmasını təmin etmək; Şirkətə məxsus nəqliyyat vasitəsinin, daşınan mal-materialların və digər əmlakın qorunmasına məsuliyyətlə yanaşmaq; Yol hərəkəti qaydalarına, əməyin mühafizəsi və şirkətin daxili intizam qaydalarına riayət etmək; Rəhbərlik tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları yerinə yetirmək. İş şəraiti: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; 6 günlük iş rejimi; Anbar – Xırdalan şəhəri; Əmək haqqı - 630 Azn, 6 ay sonra artım. Müasir idarəetmə sistemi və mehriban kollektiv. Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Sürücü (Refrijerator, Yük avtomobili)” qeyd edərək hr@gfc.az elektron poçt ünvanına göndərə bilərlər. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
📅 25.08.2026 15:27 ⏳ Bitmə: 24.09.2026
🔖 Elan №: 000802

Oxşar Elanlar

Iş elanları whatsapp qrupu
Iş elanları whatsapp qrupu
Razılaşma
Bakı 22.08.2026
Restorana Operator xanım tələb olunur (Həzi Aslanov)
Restorana Operator xanım tələb olunur (Həzi Aslanov)
Razılaşma
Bakı 16.08.2026
Barista xanım tələb olunur
Barista xanım tələb olunur
800 ₼
Bakı 05.08.2026
Restorana qabyuyan tələb olunur 28 May
Restorana qabyuyan tələb olunur 28 May
600 ₼
Bakı 02.08.2026
Viral import
Viral import
Üzv: 01.08.2026
645 aktiv elan
İstifadəçinin bütün elanları
📵 Nömrə gizlədilmişdir
✉️ Mesaj üçün daxil olun
⚠️ Diqqət: Mal görülmədən pul köçürməyin. Şübhəli elanları bildirin.