📢 Tamstore Marketlər Şəbəkəsi
*📌 Maddi vəsaitlər üzrə mütəxəssis
Son tarix 24.09.2026
Tamstore MMC “Maddi vəsaitlər üzrə mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir!
Müəssisənin balansında olan maddi vəsaitlərin (avadanlıq, inventar, ləvazimat və s.) uçotunu aparmaq;
Maddi vəsaitlərin saxlanması, bölüşdürülməsi və istifadəsinə nəzarət etmək;
Gələn malların qaimə-fakturalar və digər müşayiətedici sənədlər əsasında qəbulunu təşkil etmək;
Daxili təhvil-təslim aktları üzrə vəsaitlərin struktur bölmələrə ötürülməsini təmin etmək;
Maddi vəsaitlərin qorunması, düzgün saxlanması və vaxtında təmir olunmasına nəzarət etmək;
İllik və dövri inventarizasiya prosesində iştirak etmək və müvafiq hesabatlar hazırlamaq;
Maddi vəsaitlərlə bağlı hesabatları tərtib edib rəhbərliyə təqdim etmək.
Tələb olunan bilik və bacarıqlar:
Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (əsasən MS Excel);
Analitik düşünmə və problemləri həll etmə bacarığı;
Komandada işləmək bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi:
Ali təhsil(Müvafiq ixtisas üzrə);
Müvafiq sahə üzrə təcrübə 1-3il.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 09:00-18:00;
İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Maddi vəsaitlər üzrə mütəxəssis” yazaraq cv@tamstore.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
📅 26.08.2026 01:42⏳ Bitmə: 24.09.2026
🔖 Elan №: 000820
Oxşar Elanlar
Iş elanları whatsapp qrupu
Razılaşma
Bakı22.08.2026
Restorana Operator xanım tələb olunur (Həzi Aslanov)