📢 Techart MMC
*📌 Layihə Mühəndisi
Son tarix 27.09.2026
İş şəraiti
Əməkhaqqı: 800 – 1200 AZN (iş təcrübəsinə və fəaliyyət nəticələrinə əsasən tənzimlənəcək)
Sınaq müddəti: 10 gün
İş qrafiki: Həftəiçi 6 gün (09:00 – 18:00)
İş yeri: Ofis və layihə sahələri
Vəzifə öhdəlikləri:
Tikinti, təmir və xüsusi texniki sistemlər üzrə layihə cizgilərinin AutoCAD proqramında hazırlanması, oxunması və dəyişikliklərin edilməsi
Sahədə (ərazidə) layihənin plana uyğun icrasına, ölçülərə və texniki keyfiyyət standartlarına nəzarət
Tikinti ərazisindən lazımi ölçü və texniki məlumatların götürülərək ofisdə layihələndirilməsi
Material tələbatının hesablanması, ilkin smetaların və texniki hesabatların MS Excel-də hazırlanması
Rəhbərliyə layihələrin gedişatı və sahədəki cari vəziyyət barədə gündəlik/həftəlik hesabatların verilməsi
Tələblər:
İnşaat mühəndisliyi, memarlıq və ya əlaqəli texniki sahələr üzrə təhsil
AutoCAD, MS Excel və MS Word proqramlarında səlis işləmək bacarığı
Tikinti layihələrini, cizgiləri və texniki sxemləri tam anlamaq, çəkmək və oxumaq qabiliyyəti
Həm ofis mühitində, həm də layihə sahələrində (ərazidə) aktiv işləmək bacarığı
Məsuliyyətli, operativ və komanda ilə sıx əlaqədə işləmə qabiliyyəti
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsinə "Layihə Mühəndisi" qeyd edərək rahim@techart.az elektron poçt ünvanına göndərə bilərlər
📅 28.08.2026 20:04⏳ Bitmə: 27.09.2026
🔖 Elan №: 000942
Oxşar Elanlar
Iş elanları whatsapp qrupu
Razılaşma
Bakı22.08.2026
Restorana Operator xanım tələb olunur (Həzi Aslanov)