📢 Baku Shipyard *📌 Təchizat üzrə böyük icraçı

Razılaşma ilə razılaşma ilə
Şəhər Bakı
Elan növü İşçi axtarılır
📂 İş Elanları 🕐 30.09.2026 👁 22 baxış

Təsvir

📢 Baku Shipyard *📌 Təchizat üzrə böyük icraçı Son tarix 30.09.2026 Vəzifə öhdəlikləri: Təyin edilmiş kateqoriyalar üzrə mal və xidmətlərin təchizatının ucdan-uca idarə edilməsi; Satınalma sorğularının (MPR) tamlıq, sənəd düzgünlüyü və texniki uyğunluq baxımından yoxlanılması; Tender, RFQ, bidding və MRO proseslərinin, o cümlədən uzun təchizat müddətli avadanlıqlar üzrə RFx proseslərinin idarə edilməsi; Kommersiya təkliflərinin qiymət, keyfiyyət, çatdırılma müddəti və ödəniş şərtlərinə görə təhlili və müqayisəsi; Satınalma sifarişlərinin ERP sistemində açılması, icrası və izlənməsi; Yeni təchizatçıların müəyyən edilməsi, qiymətləndirilməsi və təchizatçı bazasının genişləndirilməsi; Yerli və beynəlxalq təchizatçı və istehsalçılarla qiymət, texniki tələblər və müqavilə şərtləri üzrə danışıqların aparılması; Bazar trendlərinin, əmtəə qiymətlərinin və təchizat müddətlərinin izlənilməsi, alternativ məhsul və mənbələrin təklif edilməsi; Texniki spesifikasiyaların, çertyojların və avadanlıq sənədlərinin oxunması və təhlili; Alınan mal və xidmətlərin texniki və keyfiyyət standartlarına uyğunluğunun təmin edilməsi; Sifariş logistikasının təşkili, yüklərin və çatdırılma qrafiklərinin izlənilməsi; Gömrük və idxal sənədlərinin, material sertifikatlarının (MTC) və müayinə aktlarının təmin edilməsi; Təchizat müqavilələrinin, dəyişiklik və ləğvlərin və digər müvafiq sənədlərin hazırlanması; Faktura, ödəniş, valyuta məsələləri və 3-way match üzrə Maliyyə komandası ilə koordinasiya; Gecikmiş çatdırılma, zədələnmiş mal və keyfiyyət mübahisələrinin həll edilməsi; Təchizat fəaliyyətinin şirkət prosedurları və daxili nəzarət tələblərinə uyğunluğunun təmin edilməsi. Təhsil, təcrübə və dil tələbləri: Təhsil səviyyəsi: Ali Təhsil istiqaməti: Mexanika, Elektrik, Elektronika, HVAC və ya müvafiq mühəndislik sahəsi; SAP, Oracle və ya analoji ERP sistemləri və MS Excel üzrə güclü bilik; Sənaye / neft-qaz avadanlıqları sektorunda minimum 6 il təchizat üzrə təcrübə (mütləq tələbdir); Azərbaycan, ingilis və rus dillərində şifahi və yazılı istifadə bacarığı; Gəmiqayırma, dəniz (marine) və ya ağır sənaye sahəsində təcrübə əlavə üstünlükdür; CIPS / CPSM sertifikatı; İxrac nəzarəti və trade compliance üzrə bilik; Cost saving və OTD/OTIF göstəricilərinin yaxşılaşdırılması üzrə nəticələr; İş haqqında məlumat: İş qrafiki: 5 gün, 08:00-dan 17:00-dək; Nahar və nəqliyyat müəssisə tərəfindən təmin edilir; Tibbi Sığorta təminatı. Maraqlanan namizədlərdə recruitment@bakushipyard.com elektron poçt ünvanına CV göndərmək xahiş olunur. CV göndərilən zaman mövzu yerində mütləq müraciət edilən vəzifənin adı qeyd olunmalıdır.
📅 30.09.2026 20:13 ⏳ Bitmə: 30.10.2026
🔖 Elan №: 000997

Oxşar Elanlar

Barista xanım tələb olunur
Barista xanım tələb olunur
800 ₼
Bakı Dünən
Restorana qabyuyan tələb olunur 28 May
Restorana qabyuyan tələb olunur 28 May
600 ₼
Bakı Dünən
Dəzgahçı xanım tələb olunur
Dəzgahçı xanım tələb olunur
600 ₼
Bakı Dünən
Kafeyə Ofisiant Tələb olunur
Kafeyə Ofisiant Tələb olunur
Razılaşma
Bakı Dünən
Viral import
Viral import
Üzv: 01.08.2026
1248 aktiv elan
İstifadəçinin bütün elanları
📵 Nömrə gizlədilmişdir
✉️ Mesaj üçün daxil olun
⚠️ Diqqət: Mal görülmədən pul köçürməyin. Şübhəli elanları bildirin.