“Tik-tok”da dələduzluq edən şəxs tutulub-FOTO

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onlayn yolla dələduzluq edən şəxs müəyyən edilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Viral.az-a bildirilib ki, rayon sakini olan bir qadın polisə müraciət edərək “Tik-tok” sosial şəbəkəsində qızıl alqı-satqısı adı altında qeydiyyatda olan səhifənin admininə 50 qram qızıl almaq məqsədi ilə 2800 manat pul göndərməsi və daha sonra həmin…

Ətraflı

İsgəndərin xilas etdiyi dostu danışdı: “Qışqırdı ki, Samir batıram…” – VİDEO

İstirahət üçün dənizə gedən 4 dostdan 2-si geri qayıdıb. 3 gündür onların ailə üzvləri dəniz kənarında keşik çəkir, övladlarının cəsədlərinin tapılacağını gözləyir. Viral.az bildirir ki, hadisə dənizin Buzovna qəsəbəsi ərazisinə düşən hissəsində baş verib. Dəniz sularında boğularaq itgin düşən 21 yaşlı İsgəndər Əhmədzadənin bacısı Aybəniz Qulilyeva “Xəzər Xəbər”ə bildirib ki, qardaşı işdən çıxıb istirahət üçün dostları…

Ətraflı

Avtomobillə moped toqquşdu – Ölən var

Bakıda avtomobillə moped toqquşub, ölən var. Viral.az xəbər verir ki, 1985-ci il təvəllüdlü Babayeva Yeganə Elçin qızı idarə etdiyi “BMW” markalı avtomobil ilə Nəsimi rayonu, Ceyhun Hacıbəyli ilə Təbriz küçələrinin kəsişməsində hərəkətdə olarkən sürücü Səmədov Kamran Əlsəfa oğlunun idarə etdiyi mopedlə toqquşub. Nəticədə 1995-ci il təvəllüdlü Kamran Səmədov hadisə yerində ölüb. Faktla bağlı Nəsimi RPİ-nin İstintaq…

Ətraflı

Yasamaldakı yanğın söndürüldü (YENİLƏNİB)

Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən saat 09:29-da tam söndürülüb. Nazirlikdən Viral.az-a verilən məlumata görə, yanğınsöndürənlərin fədakarlığı və peşəkar fəaliyyəti sayəsində binanın dam örtüyündəki yanğının mənzillərə keçməsinə imkan verilməyib. Həmçinin, hadisə zamanı xəsarət alan olmayıb. Yanğınla mübarizə tədbirlərində FHN-in…

Ətraflı

Buzovnada dənizdə batan gənclərin meyitləri tapıldı – FOTO

Buzovnada dənizdə batan gənclərin meyitləri tapılıb. 23 yaşlı İsgəndər Əhmədov və 22 yaşlı Samir Əhədlinin meyitləri FHN xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Zərdab rayonunun Gəlmə kənd sakini olan S.Əhədli tələbə olub. O, Azərbaycan Texniki Universitetində təhsil alırmış. Qafqazinfo

Ətraflı

Bakıda 5 mərtəbəli binada YANĞIN

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub. FHN-dən Viral.az-a bildirilib ki, məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri həyata…

Ətraflı

Telefonuna baxdığına görə arvadını döydü – Həbs olundu

Gəncə Şəhər Məhkəməsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə (qəsdən sağlamlığa yüngül zərər vurma) təqsirləndirilən T.Qurbanova hökm oxunub. Viral.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü T. Qurbanov həmin maddə üzrə 2 ay azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs gecə saatlarında sərxoş vəziyyətdə evə gələrkən həyat yoldaşı Gülnar (şərti) ilə aralarında mübahisə yaranıb.  Belə ki, Gülnar icazəsiz ərinin…

Ətraflı

Həbsxanada məhbus öldü

Bakıda məhkum həbsdə ölüb. Viral.az xəbər verir ki, hadisə Pentensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb. Orada saxlanılan məhkum Məhərrəm Heybətov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Ağdamdan olan M.Heybətov 2021-ci ildə narkotik satışına görə həbs edilib.

Ətraflı

Hacıqabulda qəza: 1 ÖLÜ

Hacıqabulda ölümlə nəticələnən avtoqəza baş verib.   Viral.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Hacıqabul rayonunun Udulu kəndi ərazisində qeydə alınıb. Hələlik təfərrüatları məlum olmayan qəzada yaralanan  kənd sakini, 2003-cü il təvəllüdlü Babayev Məhəmməd İmanverdi oğlu Şirvan xəstəxanasına çatdırılsa da bir neçə dəqiqədən sonra ölüb.  Faktla bağlı araşdırma aparılır.

Ətraflı

Nişanlısı özünü ASDI- Ardından intihara cəhd ETDİ

Goranboy rayonunda 25 yaşlı oğlan özünü ağacdan asaraq öldürüb, nişanlısı isə intihara cəhd edib. Viral.az xəbər verir ki, hadisə rayonun Tatarlı kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 1998-ci il təvəllüdlü Camal Məmmədov kəndin ərazisindən keçən çayın kənarında özünü ağacdan asaraq intihar edib. Hadisədən sonra gəncin nişanlısı, 22 yaşlı İ.Bayramova özünü yaşadığı evin həyətindəki…

Ətraflı

Gəncədəki süni göldə təhlükə yaranıb

Gəncə şəhərindəki süni göldə yaranmış təhlükənin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin əlavə qüvvələri cəlb edilib. Viral.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, intensiv yağıntılar səbəbindən Gəncə şəhərindəki parkın ərazisində yaradılmış süni göldə suyun səviyyəsinin yenidən artması nəticəsində ətraf ərazilər üçün yaranmış təhlükə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən zəruri…

Ətraflı

Ağdamda 15 yaşlı qız itkin düşüb-FOTO

Ağdamda 15 yaşlı qız itkin düşüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Viral.az-a bildirilib ki, Ağdam rayon sakini, 2008-ci il təvəllüdlü Elvira Həsrətli iyun ayının 10-da yaşadığı evdən çıxıb və naməlum istiqamətə gedərək itkin düşüb. Onun tapılması ilə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlərə başlanılıb. E.Həsrətlinin əlamətləri belədir: 160 sm boyu, 60-65 kq çəkisi,…

Ətraflı

FHN metronun “Memar Əcəmi” stansiyasında təlim keçirib – VİDEO

Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “Memar Əcəmi” stansiyasında təlim keçirilib. Nazirlikdən Viral.az-a verilən xəbərə görə, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub. Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib. Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “Memar Əcəmi” stansiyasına daxil olan…

Ətraflı

Bakıda parkda 2 nəfərin telefonu oğurlanıb

Bakıda parkda 2 nəfərin telefonu oğurlanıb. Bu barədə Viral.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, paytaxtın Nəsimi rayonu ərazisində yerləşən parkların birində Bakı şəhər sakini olan 2 nəfərin 2100 manat və 1500 manat dəyərində 2 ədəd mobil telefonlarının oğurlanması barədə polisə məlumat daxil olub. Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri…

Ətraflı

Metroda qadının pul qabını oğurladılar

İyunun 16-da metronun “İnşaatçılar” stansiyasında Bakı şəhər sakini olan bir qadının çantasından içərisində pulu, bank kartı, sənədlər və ev açarları olan pul qabının oğurlanması barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Viral.az-a verilən məlumata görə, metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər dəfələrlə…

Ətraflı

Xocəsəndə açıq ərazidə yanğın başlayıb 

Paytaxtın Xocəsən qəsəbəsində açıq ərazidə yanğın başlayıb. Bu barədə Viral.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Xocəsən qəsəbəsində açıq ərazidə təkər tullantılarının yanması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda…

Ətraflı

Daşkəsənə yağan dolu fəsadlar törədib

Daşkəsən rayonuna dolu düşüb, əkin sahələrinə, meyvə ağaclarına zərər dəyib. Viral.az-ın məlumatına görə, səhər saatlarında yağan dolu əkin sahələrinə və meyvə ağaclarına zərər vurub. Həmçinin avtomobil yollarında nəqliyyatın hərəkətində qismən çətinliklər yaranıb. Qeyd edək ki, Qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.

Ətraflı

Əri tərəfindən qətlə yetirilən qadın tələbə imiş

Ötən gün Abşeronda əri tərəfindən qətlə yetirilən Hüseynli Leylanın tələbə olduğu müəyyənləşib. Viral.az xəbər verir ki, bu barədə BDU-nun mətbuat xidmətindən bildirilib. “Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin III kurs tələbəsi Leyla Hüseynli və körpəsi qətlə yetirilib. BDU kollektivi bu ağır cinayətdən kədərləndiyini bildirir, tələbəmizə rəhmət diləyir, cinayətkarın layiq olduğu cəzanı alacağına inanır. Leyla Hüseynli…

Ətraflı

Dənizdə batan şəxslərlə bağlı axtarışlar aparılır

Ötən gün axşam saatlarında Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsi yaxınlığında dənizdə ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2km aralı, nəzarətsiz ərazidə 2 nəfərin batması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında FHN-in dalğıc-xilasediciləri dərhal axtarış-xilasetmə əməliyyatına başlayıb. Bu barədə Viral.az-a FHN-dən bildirilib. Qeyd edilib ki, küləkli hava şəraiti və dənizin…

Ətraflı