1721065465 muharibe veterani herbi

Həlak olan hərbçimiz 3 uşaq atası imiş…

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun hərbi qulluqçusu Abbasov Yunis Vasif oğlu bədbəxt hadisə nəticəsində həlak olub. Viral.az-ın məlumatına görə, həlak olan hərbçimiz 1981-ci ildə anadan olub. Əslən Ordubaddan olan hərbi qulluqçu Vətən müharibəsində iştirak edib və “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub. Zaqatalada yaşayan Yunis Abbasov ailəli və üç uşaq atası olub. //…

Ətraflı
1721036528 olkje

Dini Komitənin işdən çıxarılan müavinləri

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı və sədr müavini Siyavuş Heydərov vəzifələrindən azad olunublar.   Viral.az işdən çıxarılan müavinlərin təcrümeyi-halını təqdim edir.   Səyyad Salahlı (Aran) 15 yanvar 1952-ci ildə İmişli rayonunda doğulub. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini və Bakı Dövlət Universitetinin Hüquq…

Ətraflı
1721035408 441901878 122177452076068577 5924545842191603340 n

Daşkəsənin yeni icra başçısı KİMDİR…

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Orxan Abbasov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, bu vəzifədə ötən il işdən çıxarılan Əhəd Abıyevi əvəzləyib.   Viral.az-ın məlumatına görə, Orxan İrşad oğlu Abbasov ABŞ-ın Qərbi Miçiqan Universitetinin məzunudur.   O, əvvəllər Azərbaycan Respublikası Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Orxan Abbasov Məktəbəqədər və Ümumi Təhsil üzrə…

Ətraflı
1721034928 ilham serencam

Prezident Daşkəsənə icra başçısı TƏYİN ETDİ

Daşkəsən Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib.   Viral.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.   Məlumata görə, bu vəzifəyə Orxan İrşad oğlu Abbasov gətirilib.   Qeyd edək ki, Əhəd Abıyev 2023-cü ildə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və həmin vaxtdan bu günədək yeni təyin olmamışdı.

Ətraflı

Nəcməddin Sadıkovun 6 dəst armudu stəkanına 21 min manat xərclədim

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.   Viral.az APA-ya istinadən xəbər verir ki,…

Ətraflı
1721029415 451015397 527935712899549 7857139897221684307 n 1

QHT-lər üçün 50 min manatlıq qrant müsabiqəsi ELAN EDİLDİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birgə QHT-lər üçün “COP29-la bağlı beynəlxalq təşəbbüslər” adlı müsabiqə elan edib. Viral.az xəbər verir ki, müsabiqə üzrə sənədlərin qəbuluna 2024-cü il iyul ayının 16-dan başlanacaq. Müraciət üçün son tarix 16 avqust 2024-cü ildir. Bundan sonra QHT-lərdən toplanmış sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və…

Ətraflı
1721027190 img 20240715 wa0009

Azərbaycan səfiri İrana QAYITDI

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir və səfirliyin hal-hazırkı heyəti İrana geri dönüb.   Viral.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.   İran tərəfi akkreditasiya ölkəsi kimi, “Diplomatik…

Ətraflı
1721026009 1627630581 1627628331 fkghfg

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.   Viral.az xəbər verir ki, məktubda deyilir:   “Hörmətli cənab Prezident,   Əziz Qardaşım,   15 İyul hadisələrinin səkkizinci ildönümündə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını qurban vermiş bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, ailələrinə və bütün Türkiyə…

Ətraflı
1721025416 307048

Ölkədə evlənənlərin sayı kəskin AZALIB

Cari ilin ilk beş ayı ərzində ölkədə 17 448 nikah və 8 795 boşanma hall qeydə alınıb.   Viral.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.   Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,1-ə, boşanmaların sayı isə 2,2-dən 2,1-ə düşüb.

Ətraflı
1721025063 c7f7f2bcb2470caedab5fd7bdaa0b6e074

Bu il doğulan oğlanların sayı qızlardan çoxdur

Cari ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 41608 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 9,8-ə düşüb. Viral.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib. Bildirilib ki, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1…

Ətraflı
1721024787 43752

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Ölkə əhalisinin sayı ilin əvvəlindən 16376 nəfər və ya 0,2 faiz artaraq 2024-cü il iyun ayının 1-i vəziyyətinə 10197146 nəfərə çatıb.   Viral.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib.   Bildirilib ki, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil…

Ətraflı
1721023837 aecd692c5fdfcc36a17d3c59431a6aab1720781291 photo

Deputatlığa namizəd olmaq istəyənlərin SAYI

Namizədlərin sənədlərinin təqdim edilməsi və qeydiyyatına başlanılıb.   Viral.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bildirib.    İndiyə qədər 401 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.   Onlardan 168 nəfəri 13 partiyanı təmsil edir.

Ətraflı
1721022488 1718690741 resize

Hazırda Naxçıvanda 37 dərəcə isti var

İyulun 15-i saat 9:00-a olan hava məlumatı açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Viral.az-a verilən xəbərə görə, əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin 14-də gündüz Lənkəran-Astara zonasının bəzi yerlərində şimşək çaxıb, qısamüddətli yağış yağıb.   Düşən yağıntının miqdarı Astara və Lənkəranda 4 mm olub.   Şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun…

Ətraflı
1720963421 fe25765b c50c 39c8 a00c e37935bb46fd 850

Bu ərazidə qaz xətti zədələndi – Sakinlər qazsız qaldı

Biləsuvar rayonunda yeraltı qaz xəttinin zədələnməsi nəticəsində bir kənd qazsız qalıb.   Viral.az-ın məlumatına görə, rayonun Əsgərabad kəndində rayon işıq idarəsi tərəfindən işıq dirəkləri basdırılan zaman diametri 160 mm-lik yeraltı orta təzyiqli qaz xəttini zədələnib.   Nəticədə Əsgərabad kəndinin 800 abonentin qaz təchizatı dayandırılıb.   Qəzanı aradan qaldırmaq üçün işlər görülür.

Ətraflı
1720940832 simsek uz 1

Şimşək, leysan… – FAKTİKİ HAVA

İyulun 14-ü saat 10:00-a olan məlumatına görə əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, qısamüddətli leysan xarakterli yağış yağıb.   Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.   Düşən yağıntının miqdarı Şəmkir, Oğuz, Şamaxı, Quba, Biləsuvar, Astarada 1 mm-dək olub….

Ətraflı
1720892352 17208909833150826472 1200x630

Azərbaycanın Zəfəri Türk dünyasında birliyini möhkəmləndirib

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Zəfəri ilə Türk dünyasında birlik mühiti möhkəmlənib.   Viral.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri iyulun 13-də Ankara Strateji Düşüncə İnstitutunda (SDE) Türkiyənin Silahlı Qüvvələrinin Kiprdə sülhün bərpa edilməsi əməliyyatının 50 illik yubileyinə həsr olunmuş dəyirmi masada Türkiyə – ŞKTC Parlamentlərarası dostluq qrupunun sədri Orxan Ərdəm bildirib. Onun sözlərinə…

Ətraflı
1720873173 1720872882306642941 1200x630

İlham Əliyev iki vacib sənədi təsdiqlədi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Razılaşma”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb. Viral.az xəbər verir ki, Fərmana əsasən, iyunun 7-də məktublar mübadiləsi formasında imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və…

Ətraflı
1720871669 1715591027.ilham aliyev

Prezident iki sənədi təsdiqlədi

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Dövlət Xidməti Komissiyası arasında Anlaşma Memorandumu” təsdiqlənib.   Viral.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.   Memorandum 2024-cü il mayın 14-də Bakı şəhərində imzalanıb.   Bundan başqa, dövlət başçısı “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş…

Ətraflı