-->

İran danışıqlar aparmalıdır, yoxsa çox pis nəticələrlə üzləşəcək

İran danışıqlar aparmalıdır, yoxsa çox pis nəticələrlə üzləşəcək

“Biz ya danışıb müzakirə etməli olacağıq, ya da İranla çox pis şeylər olacaq. Mən bunun baş verməsini istəmirəm”.

Viral.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirib.

ABŞ Prezidenti İslam Respublikasının onun diqqətlə izlədiyi məsələlər siyahısında birinci yerdə olduğunu vurğulayıb.

Son Yazılar:

O, İranın Ali Rəhbəri Seyid Əli Xameneiyə yazdığı məktubun məzmununa toxunub: “Mən məktubda bildirdim ki, siz qərar verməlisiniz: Ya danışıqlar yolu ilə məsələni həll etməliyik, ya da İranın başına çox pis şeylər gələcək və mən bunun olmasını istəmirəm”.

Tramp gərginliyin sülh yolu ilə həllini istədiyini bildirib: “Ən böyük üstünlük verdiyim odur ki, bunu İranla həll edək. Amma bu baş verməsə, İran çox pis nəticələrlə üzləşəcək”.