Sertifikasiyada yüksək bal toplayan müəllim vəfat etdi – SƏBƏB

Lənkəran rayonu Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin fransız dili müəllimi Sədaqət Nəsir qızı Nəsirova keçirdiyi əməliyyat sonrası vəfat edib. Viral.az xəbər verir ki, bu barədə Aşağı Nüvədi qəsəbə tam orta məktəbi məlumat yayılıb. Bildirilib ki, Sədaqət Nəsirova məktəbin savadlı müəllimlərindən biri olub. O, 20 gün öncə müəllimlərin sertifikasiya imtahanında iştirak edərək mümkün 60 baldan 54 bal…

Ətraflı

Tələbə qəfil ürəktutmadan vəfat etdi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) IV kurs tələbəsi vəfat edib.   Viral.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.   Qeyd olunub ki, ADPU-nun Məktəbəqədər Təhsil fakültəsinin “Korreksiyaedici təlim” ixtisası üzrə son kurs tələbəsi Mehri Məhəmmədova dünyasını dəyişib.   Onun qəfil ürəktutmasından öldüyü bildirilib.  

Ətraflı

Arif Quliyevin həyat yoldaşı vəfat etdi

Mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyeva vəfat edib.  Viral.az xəbər verir ki, bununla bağlı məlumatı mərhumun oğlu Rövşən Quliyev təsdiqləyib.Mərhumu Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən qəbiristanlıqda oğlu Fərid Quliyevin yanında dəfn ediblər. Qeyd edək ki, Gülzar Quliyeva qaraciyər sirrozundan əziyyət çəkirdi. Allah rəhmət eləsin

Ətraflı

Türkiyənin sabiq xarici işlər naziri VƏFAT EDİB

Türkiyənin sabiq xarici işlər naziri, təqaüdçü diplomat Yaşar Yakış 85 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.   Viral.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1938-ci ildə Düzcedə anadan olan Yaşar Yakış ilk xaricə təyinatında Antverpen Baş Konsulluğuna konsul köməkçisi olub.   Yakış həmçinin Laqos, Roma və Dəməşqdəki səfirliklərdə, NATO-nun Brüsseldəki Daimi Nümayəndəliyində müxtəlif vəzifələrdə çalışıb.  …

Ətraflı

III kurs tələbəsi vəfat edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) III kurs tələbəsi Əminə Həsənova vəfat edib.  Viral.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Ə.Həsənova 500 balla İTİF fakültəsinə qəbul olunmuşdu. Uzun müddət ağır xəstəliklə mübarizə aparıb. 20 iyunda dünyasnı dəyişib. Allah rəhmət eləsin!

Ətraflı

Universitet tələbəsi dənizdə BOĞULDU

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi vəfat edib. Universitetdən Viral.az-a verilən məlumata görə, Coğrafiya fənninin tədrisi metodikası və metodologiyası ixtisaslaşması üzrə II tədris ilinin magistrantı Haqverdiyev Samir Mikayıl oğlu dənizdə boğularaq dünyasını dəyişib.  Pedaqoji Universitetin rəhbərliyi, müəllim və tələbə heyəti adından mərhum magistrantımızın ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı verib. Allah rəhmət eləsin!

Ətraflı

İsa Məmmədov vəfat etdi – FOTO

Əməkdar rəssam İsa Məmmədov 68 yaşında vəfat edib. Viral.az xəbər verir ki, bu barədə onun həmkarları sosial şəbəkələrdə məlumat yayıblar. Onların sözlərinə görə, İ.Məmmədov bu gün dünyasını dəyişib. Qeyd edək ki, İ.Məmmədov 5 mart 1956-cı ildə Qərbi Azərbaycanın Qafan rayonunda anadan olub. 1979-cu ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1988-ci ildə M. A.Əliyev adına…

Ətraflı

BDU-nun müəllimi vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının müəllimi Lalə Hüseynova vəfat edib.   Viral.az xəbər verir ki, bu barədə Universitet məlumat yayıb. Lalə Hüseynova 1974-ci ildə Bakı şəhərində anadan olub. 1991-1996-cı illərdə BDU-nun Biologiya fakültəsində təhsil alıb. O, 2004-2009-cu illərdə BDU-nun Biologiya fakültəsinin Mikrobiologiya kafedrasının qiyabi aspirantı olub. 2009-cu…

Ətraflı

Bakıda jurnalist vəfat etdi

Jurnalist Sərxan Kamallı vəfat edib. Viral.az xəbər verir ki, bu barədə jurnalistin iş yoldaşlarısosial şəbəkədə məlumat yayıblar. Bildirlib ki, ötən gün insult keçirməsi səbəbindən Xətai Tibb Mərkəzinə yerləşdirilən jurnalist daha sonra vəfat edib. Sərxan Kamallı Baku TV-nin redaktoru işləyirdi. Daha əvvəl isə bir çox media qurumlarında çalışıb.

Ətraflı

Oğlunun məzun günündə vəfat etdi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutun əməkdaşı Elnarə Soltanova qəflətən vəfat edib. Viral.az xəbər verir ki, bu barədə onun iş yoldaşları sosial şəbəkədə məlumat yayıblar.  “Bu gün Elnarə xanımın böyük oğlunun məzun günü idi, bu günü çox səbirsizliklə və həsrətlə gözləyirdi. Gecə saat 3-ə işləmiş oğlu haqqında votsap-da paylaşım edib, ürək sözlərini yazıb. Bəlkə…

Ətraflı

Azərbaycanlı aktyor VƏFAT ETDİ 

Lənkəran Dövlət Dram Teatrının aktyoru Əlibala Əsgərov 69 yaşında dünyasını dəyişib. Viral.az xəbər verir ki, bu barədə Azərbaycan Teatr Xadimləri İttifaqından bildirilib. Aktyor Əlibala Əfsər oğlu Əsgərov 1955-ci ildə Sumqayıtda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində təhsil alıb. 1975-ci ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında işləyib. Bununla yanaşı o, “Durnalar qayıdanda” filmində Sovet…

Ətraflı

Adil və Məhərrəm Əliyev qardaşlarına ağır itki

Milli Məclisin vitse-spikeri Adil Əliyevin qardaşı, ehtiyatda olan polis polkovniki Allahverdi Əliyev 77 yaşında dünyasını dəyişib.   Viral.az xəbər verir ki, bu barədə jurnalist Elnur Eltürk məlumat yayıb.   O bildirib ki, A.Əliyev sabah Şüvəlan qəsəbəsi Mir Mövsüm Ağa ziyarətgahındakı məzarlıqda dəfn ediləcək.   Allahverdi Əliyev uzun illər polis sistemində yüksək vəzifələrdə çalışıb. O, sonuncu…

Ətraflı

Polkovnik-leytenant vəfat edib

Ehtiyatda olan polis polkovnik-leytenatı  Anar Vaqif oğlu Nağıyev vəfat edib. Viral.az-ın məlumatına görə, bu barədə onun dostları bildiriblər. Əslən Gədəbəy rayonunun Miskinli kəndindən olan Anar Nağıyev 23 ildən çox müddətdə Daxili İşlər Nazirliyi sistemində xidmət edib. O, 18 fevral 1977-ci ildə hərbiçi ailəsində dünyaya göz açıb. 1993-cü ildə Bakı şəhərində orta məktəbi bitirdikdən sonra əvvəlcə Azərbaycan…

Ətraflı

Məşhur aktyor vəfat etdi

Türkiyənin tanınmış aktyoru Murat Soydan dünyasını dəyişib.   Viral.az xəbər verir ki, Soydanın ölüm xəbərini övladları Mehveş və Ali Soydanlar instaqram vasitəsilə yayıblar.   Aktyor “Yeşilçam”ın usta sənətçilərindən biri hesab olunurdu.   O, 1972-ci ildə “Qızıl Portağal” film festivalında “ən yaxşı kişi aktyor” nominasiyası üzrə mükafat qazanmışdı.

Ətraflı