Sertifikasiyada yüksək bal toplayan müəllim vəfat etdi – SƏBƏB

Lənkəran rayonu Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin fransız dili müəllimi Sədaqət Nəsir qızı Nəsirova keçirdiyi əməliyyat sonrası vəfat edib.

Viral.az xəbər verir ki, bu barədə Aşağı Nüvədi qəsəbə tam orta məktəbi məlumat yayılıb.

Bildirilib ki, Sədaqət Nəsirova məktəbin savadlı müəllimlərindən biri olub. O, 20 gün öncə müəllimlərin sertifikasiya imtahanında iştirak edərək mümkün 60 baldan 54 bal toplamışdı.

Allah rəhmət eləsin.