-->
Ərdoğan və Əliyev görüşdü - FOTO

Ərdoğan və Əliyev görüşdü – FOTO

Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında görüş olub. Viral.az xəbər verir ki, görüş Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi çərçivəsində baş tutub. Bununla bağlı Türkiyənin hakim partiyası AKP-nin feysbuk hesabında paylaşım edilib. Görüşdən fotoları təqdim edirik:

Ətraflı
Paşinyan İTV-yə müsahibə verdi - VİDEO

Paşinyan İTV-yə müsahibə verdi – VİDEO

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasının (İTV) sualını cavablandırıb. Viral.az xəbər verir ki, azərbaycanlı jurnalistin Ermənistanın konstitusiyası ilə bağlı sualını cavablandıran Baş nazir qonşu ölkələrə qarşı heç bir ərazi iddialarının olmadığını bildirib: “Hələlik yeni konstitusiya layihəmiz yoxdur. Azərbaycanın qaldırdığı məsələləri bilirik. Aydındır ki, bizim Konstitusiya Məhkəməsinin qərarına əsasən, qüvvədə olan konstitusiyamızda…

Ətraflı
İlham Əliyev bu rayonla bağlı sərəncam İMZALADI

İlham Əliyev bu rayonla bağlı sərəncam İMZALADI

Prezident İlham Əliyev Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Viral.az xəbər verir ki, sərəncama əsasən, Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf…

Ətraflı
İstisuda “Niva”nı çaya AŞIRDI

İstisuda “Niva”nı çaya AŞIRDI

Kəlbəcərdə yol nəqliyyat hadisəsi baş verib. Viral.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb. Bakı şəhərində yaşayan, əslən Kəlbəcər rayonundan olan sürücü 1985-ci il təvəllüdlü Namiq Mamedov qəza anında “Niva” markalı avtomobili ilə birlikdə çaya düşüb. Müxtəlif bədən xəsarətləri alan şəxs xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.

Ətraflı
İlham Əliyevin Moskva səfərinin təxirə salınmasının səbəbləri məlum OLDU

İlham Əliyevin Moskva səfərinin təxirə salınmasının səbəbləri məlum OLDU

Prezident İlham Əliyevin mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına qatılmayacağı barədə məlumat vermişdik. Viral.az Azərbaycan liderinin Moskva səfərini ləğv etməsinə təsir göstərən bəzi amilləri öyrənə bilib. Qeyd edək ki, AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğramasından 5 ay keçsə də, Rusiya tərəfindən hər hansı əməliyyat istintaq tədbirləri aparılmayıb, eləcə də bu hadisədə günahı olanlar tapılaraq məsuliyyətə cəlb…

Ətraflı
Rəsmi Bakı Hindistan və Pakistanı təmkinli olmağa çağırıb

Rəsmi Bakı Hindistan və Pakistanı təmkinli olmağa çağırıb

Pahalqamdakı hücumdan sonra Hindistan və Pakistan arasında mövcud gərginlikdən narahatıq. Viral.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Hindistan və Pakistan arasındakı gərginliyə dair bəyanatında bildirilib. “Biz təmkinli olmağa və mövcud gərginliyi aradan qaldırmaq üçün konstruktiv dialoqa çağırırıq. Belə qeyri-sabit vəziyyətdə birtərəfli hərəkətlərdən çəkinmək vacibdir. Bundan əlavə, hazırkı vəziyyəti həll etmək üçün açıq və şəffaf…

Ətraflı
Bu şəxslərin maaşları artırıldı - FƏRMAN

Bu şəxslərin maaşları artırıldı – FƏRMAN

Milli Məclis sədrinin müşaviri, Milli Məclis sədrinin köməkçisi, Baş nazirin köməkçisi, Baş nazirin müşaviri 2425 manat maaş alacaq. Viral.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşları”na edilən dəyişiklikdə əksini tapıb. Bu Fərmanla dövlət qulluqçuları üçün müəyyən edilən vəzifə maaşları mövcud vəzifə maaşlarından az olduğu hallarda,…

Ətraflı
Şuşa və Xocalıda kütləvi məzarlıqlar aşkarlandı

Şuşa və Xocalıda kütləvi məzarlıqlar aşkarlandı

Azad edilən ərazilərdə aprel ayında aparılan qazıntılar zamanı iki kütləvi məzarlıq aşkarlanıb.\ Viral.az APA-ya istinadla xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov jurnalistlərə açıqlamasında deyib. O, həmçinin qeyd edib ki, kütləvi məzarlıqlardan biri Şuşa şəhərinin yaxınlığında, Şuşa-Xankəndi və Şuşa – Laçın…

Ətraflı
İyunda 10 gün iş OLMAYACAQ

İyunda 10 gün iş OLMAYACAQ

İyun ayında bayramlarla əlaqədar qeyri-iş günlərinin sayı açıqlanıb. Viral.az xəbər verir ki, iyun ayının 15-də qeyd olunan Milli Qurtuluş Günü bazar gününə düşdüyü üçün, iyunun 16-ı qeyri-iş günü sayılacaq. Eyni zamanda, 26 iyun Silahlı Qüvvələr Günü də qeyri-iş günüdür. Bu il iyunun 26-sı həftənin 4-cü gününə təsadüf edib. Beləliklə, 5 günlük işləyənlər üçün şənbə və…

Ətraflı
Bu ailələr üçün pulsuz ev TİKİLƏCƏK

Bu ailələr üçün pulsuz ev TİKİLƏCƏK

Azərbaycanın bir sıra rayonlarında təbiət hadisəsi nəticəsində zərərçəkmiş ailələr üçün ev tikiləcək. Viral.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi hazırlıqları başa çatdırıb. Məlumata görə Lənkəranda 2 ədəd, Siyəzəndə isə 1 ədəd 3 otaqlı fərdi yaşayış evləri tikiləcək.  Sözügedən evlərin tikintisini həyata keçirən şirkət müəyyənləşib və onunla Dövlət Agentliyi arasında…

Ətraflı
Ordumuzun mövqeləri atəşə tutuldu

Ordumuzun mövqeləri atəşə tutuldu

Aprelin 18-i saat 22:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən Viral.az-a verilən məlumata görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Ətraflı
Azad olunmuş ərazilərə xərclənən vəsaitin həcmi AÇIQLANDI

Azad olunmuş ərazilərə xərclənən vəsaitin həcmi AÇIQLANDI

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 2025-ci ilin 1-ci rübündə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 20,3 faizi həcmində və yaxud 812,3 milyon manat vəsait istifadə olunub. Bu barədə Viral.az-a Maliyyə Nazirliyindən bildirilib. Qeyd edək ki, 2021-2024-cü illərdə Azərbaycanın işğaldan azad olunmuş…

Ətraflı
Onlar 500 manat cərimə ÖDƏYƏCƏK

Onlar 500 manat cərimə ÖDƏYƏCƏK

Çağırışçıların və hərbi vəzifəlilərin həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə cərimə artırılır. Viral.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən İnzibati Xətalar Məcəlləsinə olunan dəyişiklikdə əksini tapıb. Məcəlləyə əsasən, ilkin hərbi qeydiyyata alınmaqdan…

Ətraflı
Hərbçilərin maaşlarına əlavələr ediləcək - Prezidentdən FƏRMAN

Hərbçilərin maaşlarına əlavələr ediləcək – Prezidentdən FƏRMAN

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tələblərinin pozulmasına görə tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşlarına əlavə veriləcək. Viral.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan…

Ətraflı
Bayramov - Mirzoyan görüşü keçirildi

Bayramov – Mirzoyan görüşü keçirildi

12 aprel 2025-ci il tarixində Antalyada keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib. Bu barədə Viral.az-a Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən məlumat verilib. Tərəflər Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin mətninin yekunlaşdırılmasından sonra normallaşma prosesinin…

Ətraflı
Mövqelərimiz Basarkeçər və Gorus istiqamətlərindən atəşə tutuldu

Mövqelərimiz Basarkeçər və Gorus istiqamətlərindən atəşə tutuldu

Aprelin 11-i saat 20:10-dan 23:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Gorus rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.  Viral.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Ətraflı
İlham Əliyevin nəvələri Ərdoğanla - FOTO

İlham Əliyevin nəvələri Ərdoğanla – FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə IV Antalya Diplomatiya Forumun açılışında iştirak edib. Viral.az xəbər verir ki, Forum zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın övladları Əli və Mikayıl Ağalarovlar Tükiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Həmin fotonu Əli Ağalarov sosial şəbəkədə paylaşıb.

Ətraflı