-->

Ukrayna ABŞ-ın hərbi yardımını borc kimi tanımayacaq

Ukrayna ABŞ-ın hərbi yardımını borc kimi tanımayacaq

“Ukrayna Vaşinqtondan gələn hərbi yardımı borc kimi tanımayacaq”.

Viral.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski mətbuata açıqlaması zamanı deyib.

“European Pravda” qəzeti əlində olan sənədin surətinə istinadən yazıb ki, Ukrayna və ABŞ arasında mineral ehtiyatlara dair yeni saziş layihəsi Kiyevdən, göstərilən bütün yardımları kompensasiya etməyi tələb edir. Sözügedən kompensasiyanın məbləği 120 milyard dolları keçə bilər.

Son Yazılar:

Zelenski isə məsələ ilə bağlı açıqlaması zamanı Ukraynanın ABŞ-dan mineral ehtiyatlar üzrə yeni saziş layihəsini aldığını deyib. Onun sözlərinə görə bu, əvvəlki sazişdən tamamilə fərqli bir sənəddir. Daha sonra Ukraynanın ABŞ-ın hərbi yardımını borc kimi tanımayacağını vurğulayan Zelenski sözlərinə belə davame dib: “Biz dəstəyə görə minnətdarıq. Lakin bu, kredit deyil və biz buna imkan verməyəcəyik”.