Cənubi Qafqaz təhlükəsizliyimizin arxa bağçasıdır – İranın Azərbaycandakı eks səfiri
Sabah İranda növbədənkənar prezident seçkilərinin 2-ci turu keçiriləcək. Bu mərhələdə iki namizəd mübarizə aparacaq: Səid Celili (İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi) və Məsud Pezeşkian (parlamentin deputatı, keçmiş səhiyyə naziri). Bu arada ekspertlər seçkilərdən sonra İranın Cənubi Qafqaz regionuna yönəlik siyasətində hansı dəyişikliyin ola biləcəyini müzakirə edirlər. Qeyd edək ki, helikopter qəzasında həlak olan 13-cü prezident İbrahim Rəisinin dövründə İran Cənubi…