-->

Viral Az

"Yuventus" Klublararası Dünya Çempionatında pley-off mərhələsinə yüksəldi

“Yuventus” Klublararası Dünya Çempionatında pley-off mərhələsinə yüksəldi

Bu gün Klublararası Dünya Çempionatında qrup mərhələsinin ikinci turuna yekun vurulacaq. Viral.az xəbər verir ki, günün ilk görüşündə G qrupunda “Yuventus” “Vidad”la qarşılaşıb. Türkiyə millisinin üzvü Kenan Yıldızın ulduzlaşdığı oyunda Turin təmsilçisi rəqibini 4:1 hesabı ilə darmadağın edib. Bununla da “Qoca sinyora” Klublararası Dünya Çempionatında pley-off mərhələsinə yüksəlib.

Ətraflı
Qubada iki qadın ağır yol qəzasında ÖLDÜ

Qubada yol qəzasında ölən bacıların kimliyi məlum oldu

Qubada baş verən yol qəzasında ölən və yaralıların kimliyi məlum olub. Viral.az “Report”a istinadən xəbər verir ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba rayonu Qaraçay kəndi ərazisindən keçən hissəsində “Hyundai” və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində 1972-ci il təvəllüdlü Baxışova Ədalət Tofiq qızı və onun bacısı 1974-cü il təvəllüdlü Dənyarova Validə Tofiq…

Ətraflı
Xarici vətəndaşların Azərbaycandan təxliyəsi davam EDİR

Xarici vətəndaşların Azərbaycandan təxliyəsi davam EDİR

İran-İsrail arasında davam edən münaqişəyə görə İranda olan xarici ölkə vətəndaşları öz vətənlərinə qayıtmaqda tranzit ölkə kimi daha çox Azərbaycanı seçir. Viral.az xəbər verir ki, “Astara” dövlət sərhəd buraxılış məntəqəsində təxliyə prosesi davam etdirilir. Bu gün təxliyə olunanlar arasında Cənubi Afrika, Çin, Türkiyə, İran, ABŞ, Portuqaliya, Belçika və digər ölkələrin vətəndaşları var. Onların ölkə ərazisində…

Ətraflı
İran “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxa bilər

İran “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxa bilər

İran Məclisinin (birpalatalı parlament) Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvlərinin əksəriyyəti ABŞ-ın bir gecədə İranın nüvə obyektlərinə zərbələr endirməsi fonunda respublikanın “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxmasının lehinə çıxış edib. Viral.az xəbər verir ki, bu barədə komitənin nümayəndəsi İbrahim Rezai “Tasnim” agentliyinə müsahibəsində bildirib. “Komitə üzvlərinin əksəriyyəti MAQATE-nin fəaliyyətini kəskin tənqid edərək, agentliklə əməkdaşlığı…

Ətraflı
Nüvə obyektləri məhv edilsə belə, oyun bitmiş sayılmır

Nüvə obyektləri məhv edilsə belə, oyun bitmiş sayılmır

“Hətta nüvə obyektləri məhv edilsə belə, oyun bitmiş sayılmır – zənginləşdirilmiş materiallar, yerli bilik və siyasi iradə qalacaq”. Viral.az xəbər verir ki, bu fikirləri İranın ali liderinin müşaviri Əli Şəmxaninin sözlərinə istinadən İran mediası yayıb. Qeyd edək ki, iyunun 13-də İsrailin iqamətgahına endirdiyi zərbə nəticəsində Şamxaninin ağır yaralandığı və Tehranda xəstəxanaya yerləşdirildiyinə dair məlumatlar yayılmışdı….

Ətraflı
Makron İranı təmkinli olmağa ÇAĞIRDI

Makron İranı təmkinli olmağa ÇAĞIRDI

Fransa Prezidenti Emmanuel Makron ABŞ-nin İranın nüvə obyektlərinə zərbələrindən sonra İran lideri Məsud Pezeşkianla telefonla danışıb. Viral.az xəbər verir ki, Makron bu barədə “X” sosial şəbəkəsində yazıb və vəziyyətin təhlükəli olduğunu bildirib. Söhbət zamanı Fransa lideri Tehranı nizamlanma üçün diplomatik mexanizmlərə qayıtmaq məqsədilə gərginliyi azaltmağa və maksimum təmkin nümayiş etdirməyə çağırıb. Yelisey Sarayından bildirilib ki,…

Ətraflı
ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələr cavabsız qalmayacaq

ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələr cavabsız qalmayacaq

ABŞ-ın İran ərazisində yerləşən üç nüvə obyektinə endirdiyi zərbələr cavabsız qalmayacaq. Viral.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian Fransa prezidenti Emmanuel Makronla telefon danışığı zamanı bildirib. “ABŞ bizə hücum edib. Siz bu vəziyyətdə olsaydınız, nə edərdiniz? Təbii ki, bu addım cavabsız qalmamalıdır,” – deyə Pezeşkian Makronun təmkinli olmağa çağırışına cavab…

Ətraflı
ABŞ Türkiyədəki vətəndaşlarına xəbərdarlıq ETDİ

ABŞ Türkiyədəki vətəndaşlarına xəbərdarlıq ETDİ

ABŞ Dövlət Departamenti Türkiyədəki vətəndaşlarına təhlükəsizliklə bağlı xəbərdarlıq edib. Viral.az xəbər verir ki, bəyanatda Türkiyədə çalışan ABŞ hökuməti işçilərindən Türkiyənin cənub-şərqindəki 22 vilayəti əhatə edən Adana Konsulluğu bölgəsinə şəxsi səfərlərdən çəkinmələri xahiş olunur. Xəbərdarlığa görə, ABŞ-nin xarici siyasətinə mənfi baxışların artması ABŞ və Qərbin maraqlarına qarşı etirazlara səbəb ola bilər. ABŞ öz vətəndaşlarını diqqətli olmağa…

Ətraflı
NATO-da hərbi xərclərin artırılması 2035-ci ilə qədər təxirə SALINDI

NATO-da hərbi xərclərin artırılması 2035-ci ilə qədər təxirə SALINDI

NATO-ya üzv bütün ölkələr müdafiə xərclərinin artırılmasına dair yekun bəyannaməni imzalamağa razılaşıblar. Viral.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Sənəddə müdafiə xərcləri üzrə hədəfin ÜDM-in 2%-dən 5%-ə qədər artırılması nəzərdə tutulur. Lakin bu artım yalnız 2035-ci ilə qədər həyata keçiriləcək. Agentliyin məlumatına görə, alyans diplomatları hərbi xərclərin artırılmasına sonadək qarşı çıxan İspaniyanın…

Ətraflı
SEPAH-ın üç hərbçisi həlak OLDU

SEPAH-ın üç hərbçisi həlak OLDU

İsrailin İranın Zəncan əyalətində yerləşən obyektlərə endirdiyi zərbə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun üç hərbçisi həlak olub. Viral.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Məlumata görə, SEPAH üzvləri İran ərazisinin müdafiəsi üzrə tapşırıqları yerinə yetirərkən həyatlarını itiriblər. Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Ətraflı
ABŞ nüvə obyektlərinə endirilən zərbələrə cavab almalıdır

ABŞ nüvə obyektlərinə endirilən zərbələrə cavab almalıdır

ABŞ İranın nüvə obyektlərinə endirilən zərbələrə cavab almalıdır. Viral.az xəbər verir ki. bunu İran Prezidenti Məsud Pezeşkianın Fransa lideri Emmanuel Makronla söhbəti zamanı bəyan edib. “ABŞ bizə hücum edib. Bənzər vəziyyətdə olsaydınız nə edərdiniz? Təbii ki, onlar cavab almalıdırlar”, – Pezeşkian fransalı həmkarının təmkinlilik çağırışını şərh edərkən deyib. İyunun 22-nə keçən gecə Amerika lideri Donald…

Ətraflı
İran-İsrail müharibəsinin nəticələri Avropaya çatacaq

İran-İsrail müharibəsinin nəticələri Avropaya çatacaq

ABŞ-nin iştirakı ilə İsrail və İran arasında müharibə yeni qaçqın dalğası və artan terror təhlükəsi ilə üzləşəcək Avropa üçün nəticəsiz olmayacaq. Viral.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban bəyan edib. Onun sözlərinə görə, İran-İsrail müharibəsinin nəticələri Avropaya çatacaq: “Biz nümayişlərə və artan terror təhlükəsinə hazırlaşmalıyıq. Biz Macarıstanın miqrantlar ölkəsinə çevrilməsinə imkan vermədiyimiz…

Ətraflı
Dövlət katibi ABŞ-nin İranla bağlı təklif və təhdidlərini AÇIQLADI

Dövlət katibi ABŞ-nin İranla bağlı təklif və təhdidlərini AÇIQLADI

“Vaşinqton Tehranla İranın maraqlarına cavab verəcək sövdələşməyə hazırdır, lakin Amerika tərəfi ondan nüvə ambisiyalarından əl çəkməsini tələb edir”. Viral.az xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio CBS televiziyasına müsahibəsində deyib. “Bundan sonra nə baş verəcəyi İranın nə qərar verəcəyindən asılı olacaq. Diplomatiya yolunu seçsələr, biz hazırıq. Biz onlar üçün, İran xalqı və…

Ətraflı
Müfəttişlərin İranın nüvə obyektlərinə çıxışı tez bərpa edilməlidir

Müfəttişlərin İranın nüvə obyektlərinə çıxışı tez bərpa edilməlidir

Beynəlxalq müfəttişlərin İranın nüvə obyektlərinə çıxışı mümkün qədər tez bərpa edilməlidir. Viral.az-ın məlumatına görə, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi CNN telekanalına müsahibəsində deyib. “Biz mümkün qədər tez danışıqlar masasına qayıtmalıyıq. Müfəttişlərin İranın nüvə obyektlərinə qayıtmasına icazə verilməlidir”, – o vurğulayıb.

Ətraflı
ABŞ Hörmüz boğazı ilə bağlı hərbi tədbirləri istisna etməyib

ABŞ Hörmüz boğazı ilə bağlı hərbi tədbirləri istisna etməyib

ABŞ Hörmüz boğazında tranzit gəmiləri qorumaq üçün hərbi tədbirlərdən istifadə imkanını nəzərdən keçirə bilər. Viral.az xəbər verir ki, bu barədə CBS telekanalında dövlət katibi Marko Rubio bildirib. “İran boğazı bağlamaq qərarına gəlsə, ilk qəzəblənən çinlilər olacaq – onlar buradan keçən neftdən asılıdırlar”, – diplomat qeyd edib. O əlavə edib ki, Tehranın belə bir addımı genişmiqyaslı…

Ətraflı
Vens İranın danışıqlardan imtinasının nəticələrini AÇIQLADI

Vens İranın danışıqlardan imtinasının nəticələrini AÇIQLADI

“İran ABŞ ilə danışıqlarda iştirak etməsə, Vaşinqtonu gələcək üçün bir neçə seçim qarşısında qoyacaq”. Viral.az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens “NBC News”a müsahibəsində deyib. “Prezident (ABŞ Donald Tramp – Red.) diplomatik prosesə qoşulmaq istədiyini bildirib. İran oyun oynamasa, bizə gələcək üçün çoxlu variant qoymayacaqlar”. Qeyd edək ki, İran nüvə proqramını inkişaf etdirməyə…

Ətraflı
İranda İsraillə əlaqədə şübhəli bilinən onlarla insan saxlanıldı

İranda İsraillə əlaqədə şübhəli bilinən onlarla insan saxlanıldı

İranda onlarla insan İsraillə əlaqədə şübhəli bilinərək saxlanılıb. Viral.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb. “İranda ən azı 52 nəfər ictimai rəyə təzyiq etmək, pilotsuz təyyarələr və ya onların hissələrini saxlamaq, əhəmiyyətli əraziləri lentə almaq və görüntüləri müxalifət mediasına göndərmək ittihamı ilə saxlanılıb”, – məlumatda bildirilir. Qeyd olunub ki, İran və İsraildə…

Ətraflı