Çeçenistanın Naurski rayonunda yanacaq daşıyan avtomobilin yanacaq doldurma məntəqəsində partlaması nəticəsində 3 nəfər həlak olub.
Viral.az xəbər verir ki, bu haqda İstintaq Komitəsinin regional şöbəsi məlumat yayıb.
“Naurski rayonundakı yanacaqdoldurma məntəqəsində baş verən qaz partlayışı və 3 nəfərin ölümü ilə bağlı cinayət işi açılıb. Bu gün saat 16 radələrində Naurski rayonunun Novoterskoye kəndindəki yanacaqdoldurma məntəqəsində yanacaq çənində qaz partlayışı baş verib, nəticədə hadisə yerində olan 3 nəfər həlak olub”, – məlumatda deyilir.
Son Yazılar:
- Rusiya Xarkovu vurdu – ölən və yaralananlar VAR
- Qaynını güllələyən şəxs həbsdə ÖLDÜ
- Yağıntıların vurduğu zərərin məbləği 1 milyonu ÖTƏCƏK
Məlumatda həmçinin hadisə yerində araşdırma aparıldığı qeyd olunub.