Bakıdakı dünya çempionatının medalları təqdim edildi

Bakıdakı dünya çempionatının medalları təqdim edildi

May ayında Bakıda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının medalları təqdim olunub.  Viral.az xəbər verir ki, xüsusi dizaynla hazırlanmış medalların üzərində mundialın loqotipi həkk olunub.  Qeyd edək ki, paytaxtımızda təşkil olunacaq dünya çempionatı mayın 21-dən iyunun 1-dək keçiriləcək. Oyunlar Milli Gimnastika Arenasında baş tutacaq.    

Ətraflı
Şuşanın Qarabağ küçəsində 10 bina tikilir

Şuşanın Qarabağ küçəsində 10 bina tikilir

Şuşa şəhərinin Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində ümumilikdə müxtəlif təyinatlı 10 binanın inşası aparılır. Viral.az xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğunun icraçı direktorunun müavini Vüqar Məhərrəmov “Azərtac”a bildirib ki, inşa olunan binalar arasında mehmanxana, ofislər, iaşə obyektləri, Şuşa Qoruq İdarəsinin sifarişi ilə tikilən iki bina da var. Tikinti işləri yüksək keyfiyyətlə və şəhərin ümumi…

Ətraflı
Myanmada zəlzələdə ölənlərin sayı AÇIQLANDI

Myanmada zəlzələdə ölənlərin sayı AÇIQLANDI

Myanmada baş verən güclü zəlzələ nəticəsində ən azı 20 nəfər ölüb. Viral.az xəbər verir ki, dağıntılar altında qalan insanların xilasetmə işləri davam edir. Zəlzələ Myanmanın Taunqu şəhərində monastırın uçmasına səbəb olub, nəticədə beş köçkün uşaq həyatını itirib. Mandalay bölgəsindəki Şve Pho Şinq məscidində isə cümə namazı zamanı baş verən dağıntı nəticəsində ən azı 20 nəfər…

Ətraflı
Polis 51 nəfəri saxladı

Polis 51 nəfəri saxladı

Martın 27-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Viral.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 52, o cümlədən borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və…

Ətraflı
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnir start götürdü

Bakıda bədii gimnastika üzrə beynəlxalq turnir start götürdü

Bakıda bədii gimnastika üzrə beynəlxalq turnir start götürüb. Viral.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən yarışda 16 ölkədən idmançılar medallar uğrunda mübarizə aparırlar. Onlar halqa, top, gürzlər və lent proqramlarında məharətlərini nümayiş etdirirlər. Bu gün gənc və böyük gimnastlar fərdi və qrup hərəkətləri proqramında güclərini sınayırlar. Turnirə martın 30-da yekun vurulacaq.  

Ətraflı
Ölümcül ağciyər xəstəliyinin səbəbi AŞKARLANDI

Ölümcül ağciyər xəstəliyinin səbəbi AŞKARLANDI

Ratqers Universitetinin tədqiqatçıları aşkar ediblər ki, səhv yerləşən immun hüceyrələri şəbəkələri on il ərzində xəstələrin 80 %-ni öldürən ölümcül xəstəlik olan idiopatik ağciyər fibrozunun inkişafında əsas rol oynayır. Kəşf yeni müalicələrə səbəb ola bilər. Viral.az xəbər verir ki, araşdırma “European Respiratory Journal”da (ERS) dərc olunub. İdiopatik ağciyər fibrozu ağciyər toxumasının çapıqlaşmasına səbəb olur, nəfəs almağı…

Ətraflı
Tramp Ağ evdə ənənəvi iftar süfrəsinə qatıldı

Tramp Ağ evdə ənənəvi iftar süfrəsinə qatıldı

ABŞ Prezidenti Donald Tramp Ağ evdə ənənəvi iftar süfrəsinə qatılıb. Viral.az xəbər verir ki, o, çıxışı zamanı 2024-cü il prezident seçkilərindəki dəstəyə görə amerikalı müsəlmanlara təşəkkür edib. Tramp bildirib ki, administrasiyası müsəlman icmasına verdiyi sözü tutur: “Mənim administrasiyam Abraham razılaşmalarına əsasən Yaxın Şərqdə davamlı sülh yaratmaq üçün amansız diplomatiya ilə məşğuldur. Hər kəs bunun qeyri-mümkün…

Ətraflı
İran Trampın məktubuna cavab GÖNDƏRDİ

İran Trampın məktubuna cavab GÖNDƏRDİ

Trampın məktubunun cavabını Oman vasitəsilə göndərdik. Viral.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Araqçi “IRNA”ya müsahibəsində bildirib. Nazir ABŞ Prezidentinin məktubuna İranın rəsmi cavabının Oman vasitəsilə lazımi qaydada göndərildiyini açıqlayıb. “Bu rəsmi cavab məktubunda mövcud vəziyyətlə bağlı fikirlərimiz tam şəkildə izah edilib və qarşı tərəfə məlumat verilib”, – İran XİN rəhbəri…

Ətraflı
Liderlər Ukrayna üçün ədalətli sülh səylərini müzakirə etdi

Liderlər Ukrayna üçün ədalətli sülh səylərini müzakirə etdi

NATO-nun baş katibi Mark Rutte əvvəlcə Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə təkbətək, daha sonra isə Fransa Prezidenti Emmanuel Makron və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə dördlü formatda görüşüb. Viral.az xəbər verir ki, bu barədə baş katib “X” hesabında yazıb. Məlumata görə, baş tutan görüşdə bugünkü Paris konfransını hazırlamaq, eləcə də Ukrayna üçün…

Ətraflı
Tovuzda ananın günlərlə ac qoyduğu körpənin vəziyyəti AÇIQLANDI

Tovuzda ananın günlərlə ac qoyduğu körpənin vəziyyəti AÇIQLANDI

Bir neçə gün əvvəl Tovuzda valideyninin evdə tək qoyduğu körpənin müalicəsi Bakıda davam etdirilir, vəziyyəti ağırdır. Bu barədə Viral.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, 2024-cü il təvəllüdlü azyaşlı martın 25-də Tovuz Rayon Mərkəzi Xəstəxanasından Respublika Pediatriya Mərkəzinin nəzdində olan Nizami Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına təxliyə olunub. Məlumata görə, hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır. Xatırladaq…

Ətraflı
Ukraynada Zelenskiyə etimad artıb

Ukraynada Zelenskiyə etimad artıb

Ukrayna Prezidenti Volodimir Zelenskiyə etimad səviyyəsi 2025-ci ilin əvvəlində ABŞ siyasətindəki dəyişiklik səbəbindən əhəmiyyətli dərəcədə artıb. Sosioloqlar mart ayında Ukrayna Prezidentinə etimad dinamikasını izləməkdə davam edirlər. Viral.az xəbər verir ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi sorğunun nəticələrinə əsasən, 2025-ci il martın ikinci yarısına olan məlumata görə, ukraynalıların 69 faizi Zelenskiyə inanır, 28 faizi ona inanmır….

Ətraflı
Ermənistanın mövqeyi bizdə suallar doğurur

Ermənistanın mövqeyi bizdə suallar doğurur

Cənubi Qafqazda nəqliyyat kommunikasiyaları ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən razılaşdırılmış məsələdə İrəvanın rəsmi mövqeyi dəyişibsə, bu, ölkənin suveren hüququ olaraq qalır, lakin Ermənistan bu barədə müvafiq səviyyədə rəsmi bəyanat versəydi, daha düzgün olardı. Viral.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə,…

Ətraflı
Hamı evini satıb bu əraziyə köçür – mənzillər ucuz SATILIR

Hamı evini satıb bu əraziyə köçür – mənzillər ucuz SATILIR

Son illərdə Bakı ətrafında yerləşən Xırdalan və Masazır əraziləri mənzil bazarında ən çox maraq göstərilən bölgələrdən birinə çevrilib. Paytaxtın mərkəzində mənzil qiymətlərinin yüksək olması və vətəndaşların daha sərfəli alternativlər axtarması bu ərazilərə marağı artırır. Xırdalan və Masazırda mənzillərin nisbətən ucuz olması alıcıları cəlb edən əsas səbəblərdəndir. Burada yeni tikilən yaşayış kompleksləri, fərdi evlər və ipoteka…

Ətraflı
27-ci günün duası - İmsak və iftar vaxtı

27-ci günün duası – İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 27-ci günüdür. Viral.az xəbər verir ki, sabah imsak vaxtı saat 05:05, iftar isə 19:14-dədir. İmsak duası: “Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məaziri və huttə ənniz-zənbə vəl-vizr. Ya rəufən bi-ibadihis-salihin”. Tərcüməsi: “İlahi, bu gün mənə Qədr gecəsinin fəzilətini nəsib et! Bu gün mənim işlərimi çətinlikdən asanlığa doğru…

Ətraflı
Kənar Dairəvi yolda yük avtomobili YANDI

Kənar Dairəvi yolda yük avtomobili YANDI

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Kənar Dairəvi yolda avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Viral.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Ford” markalı yük avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində “Ford”…

Ətraflı
"Beşiktaş" prezidenti TFF və MHK rəhbərlərini istefaya ÇAĞIRDI

“Beşiktaş” prezidenti TFF və MHK rəhbərlərini istefaya ÇAĞIRDI

“Beşiktaş” – “Qalatasaray” matçı türk hakimə həvalə olunub. Viral.az xəbər verir ki, “qara qartallar”ın prezidenti Serdal Adalı bu təyinatdan sonra bir sıra açıqlamalar verib. Adalı bu qərarın düzgün olmadığını, TFF və MHK prezidentlərinin istefa verməli olduğunu dilə gətirib: “Bu həftəsonu evimizdə “Qalatasaray”la qarşılaşacağıq. Bu oyunla bağlı olaraq xarici hakim tələbi irəli sürmüşdük. Əgər ölkəmizdə derbiləri…

Ətraflı
Bayramdan sonra ilk dərs gününün tarixi AÇIQLANDI

Bayramdan sonra ilk dərs gününün tarixi AÇIQLANDI

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, altıgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 26, 27 və 29 mart tarixləri iş günləri hesab ediləcək. Viral.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. Qərara görə, beşgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə bayramdan sonra ilk dərs günü 1…

Ətraflı
Liviya rəhbəri İlham Əliyevə təbrik məktubu GÖNDƏRDİ

Liviya rəhbəri İlham Əliyevə təbrik məktubu GÖNDƏRDİ

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi Prezident İlham Əliyevi təbrik edib. Viral.az xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Uca Allahdan Sizə möhkəm cansağlığı, İslam ümmətinə xeyir-bərəkət və firavanlıq nəsib etməsini arzulayıram. Bayramınız mübarək!”

Ətraflı
Azərbaycan millisi Belarusa məğlub OLDU

Azərbaycan millisi Belarusa məğlub OLDU

Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununa çıxıb. Viral.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv Belarusla üz-üzə gəlib. “Bank Respublika Arena”da baş tutacaq görüşə saat 21:45-də start verilib. Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv martın 22-də Haiti ilə keçirdiyi yoldaşlıq matçında məğlub olub – 0:3.

Ətraflı
Rusiya ABŞ administrasiyasına təsirlər edir

Rusiya ABŞ administrasiyasına təsirlər edir

Səudiyyə Ərəbistanında ABŞ -Rusiya danışıqlarının növbəti raundu baş tutdu. Məhz V. Putinin əsas istəyi ABŞ-la birbaşa danışıqlara gedərək sövdələşmələr əldə etməkdən ibarətdir. C.Bayden adminstrasiyası D. Trampdan fərqli olaraq belə bir danışıqları qəbul etmirdi və Rusiyanın fövqəl dövlət statusu almaq istəyinin qarşısından xətt çəkmişdi. Amma, D. Tramp V. Putinlə birbaşa danışıqlara gedərək, Moskvanın narrativlərini qəbul edir….

Ətraflı