-->

Liderlər Ukrayna üçün ədalətli sülh səylərini müzakirə etdi

Liderlər Ukrayna üçün ədalətli sülh səylərini müzakirə etdi

NATO-nun baş katibi Mark Rutte əvvəlcə Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə təkbətək, daha sonra isə Fransa Prezidenti Emmanuel Makron və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə dördlü formatda görüşüb.

Viral.az xəbər verir ki, bu barədə baş katib “X” hesabında yazıb.

Məlumata görə, baş tutan görüşdə bugünkü Paris konfransını hazırlamaq, eləcə də Ukrayna üçün ədalətli və davamlı sülhün dəstəklənməsi istiqamətində səyləri koordinasiya etmək müzakirə olunub.

Son Yazılar: