Aprelin 15-dən 19-dək sərbəst və yunan-Roma güləşi üzrə U-17, eləcə də qadın güləşi üzrə U-15 və U-17-lər arasında ölkə birinciliyi keçiriləcək.
Bu barədə Viral.az-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Bu yarışlar ilk dəfə Astarada təşkil ediləcək. Astara Olimpiya İdman Kompleksində baş tutacaq birinciliyi beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcək. Onların arasında Türkiyə, İran və Gürcüstandan dəvət edilmiş hakimlər də yer alacaq.
Son Yazılar:
- Litvada itkin düşən 3 ABŞ əsgəri ölü tapıldı
- Ermənistan dezinformasiya yayır
- Moldova sülhməramlı əməliyyatın idarə olunması üzrə rusiyalı həmsədri ölkədən çıxarır
Yarışın ilk 2 günündə sərbəst, növbəti 2 gündə isə yunan-Roma güləşi üzrə U17 yaş qrupunda qaliblər müəyyənləşəcək. Son yarış günündə isə qadın güləşi üzrə U15 və U17 yaş qrupunda çempionlar məlum olacaq. Milli komandalara seçim xarakteri daşıyan yarışın görüşləri hər gün saat 10:00-da başlanacaq.